“İki ölkə arasındakı qardaşlıq əbədidir” - POLİTOLOQ DANIŞDI

“İki ölkə arasındakı qardaşlıq əbədidir” - POLİTOLOQ DANIŞDI

“Cənab Prezident İlham Əliyevin qardaş Türkiyəyə fevralın 25-də səfəri baş tutdu. Həmin gün Azərbaycan Prezidenti İstanbula səfər etdi və orada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü. Görüş zamanı Azərbaycan xalqı və öz adından cənab Prezident Türkiyə prezidentinə zəlzələdə həyatını itirənlərə görə başsağlığı verdi. Eyni zamanda, bölgədə olan vəziyyət, dünyada gedən siyasi məsələlərlə bağlı da geniş söhbət oldu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin qardaş olması və hər zaman çətin gündə bir yerdə olması da görüş zamanı xüsusi vurğulandı.
Son illər məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səyi nəticəsində iki ölkə arasındakı münasibətlər daha da inkişaf edib.
Türkiyədə baş verən zəlzələ zamanı da bölgəyə gedən ilk yardım Azərbaycandan oldu. Cənab Prezident də bir daha bütün bu proses ərzində qardaş ölkənin yanında olduğumuzu bildirdi.
İki ölkə arasındakı qardaşlıq əbədidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə