Unudulmaz və hər ilin bugünü ilk günkü kimi qanayan yaramız Xocalı.. - FƏLSƏFƏ DOKTORU MÜNASİBƏT BİLDİRDİ

Unudulmaz və hər ilin bugünü ilk günkü kimi qanayan yaramız Xocalı.. - FƏLSƏFƏ DOKTORU MÜNASİBƏT BİLDİRDİ

“Xocalı haqqında danışmaq çox çətin və bir o qədər də məsuliyyətli bir işdir. Çünki, bu faciəni sözlərlə ifadə etməyi mümkünsüz edən erməni cəlladlarının vəhşiliklərini dilə gətirmək qəlizdir. XX əsrin faciəsi adlandırılan Xocalının hər il dönümündə insanı insanlığından utandıran hadisələr bir daha bir ox kimi hər bir azərbaycanlının ürəyinə sancılır”. Bu sözləri SİA-ya açıqlamasında Tarix elmləri üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Qafqaz Xalqları tarixi kafedrasının müəllimi Ülkər Məmmədzadə bildirib.
Onun sözlərinə görə, 1992-ci ilin fevralın 25dən 26a keçən o dəhşətli gecə ermənilər öz havadarlarının köməyi ilə bir daha bütün dünyaya öz mənfur,insanlığa zidd siyasətlərini nümayiş etdirdilər: “Bir sıra dövlətlər və təşkilatlar tərəfindən Xocalı ilə bağlı qətnamələr qəbul edilsə də Xocalı faciəsinin həyata keçirilməsində yaxından iştirak edən cinayətkarlar məsələn Ermənistanın keçmiş prezidentləri Koçaryan, Sarkisyan hələ də öz layiqli cəzalarını almamışlar.Məhz bu faciələrdən nəticə çıxararaq 44 günlük Vətən Müharibəsində Müzəffər Azərbaycan ordusu ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən ordusunu darmadağın etdi. Gün gələcək, regionda sülh və sabitlik naminə Ermənistanla qonşuluq münasibətləri bərpa olunacaqdır lakin, ermənilərin dinc Azərbaycan əhalisinə qarşı törətdikləri bu cinayətlər heç bir zaman unudulmayacaqdır. Düşünürəm, tezliklə Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş digər ərazilərimiz kimi Xocalıya da Xankəndiyə də və digər ətraf ərazilərimizə də sərbəst və rahat şəkildə gedib gələcək, bərpa quruculuq işlərinə başlayacağıq! “

Bütün xəbərlər Facebook səhifəmizdə