"2023-cü il cəmi iki aydır ki, başlayıb. Bu iki ayda cənab Prezident İlham Əliyev beynəlxalq konfranslarda iştirak edib və Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsini ön plana çıxarıb". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, çox təəssüflər olsun ki, Şarl Mişellə görüşdə razılaşma olsa da, sülh müqaviləsi üçün heç bir addım atmırlar: "Ekofəallar aylardır Laçın dəhlizindədir və biz hələ heçnəyə nail ola bilməmişik. Problem kifayət qədər ciddiləşir.
Biz iki məsələni həll etməliyik. Birincisi Laçın dəhlizində nəzarət mexanizmi üçün Rusiya ilə danışmalıyıq. Bizim orada gömrük və sərhəd xidmətimiz olmalıdır. Nikol Paşinyanın ən çox diqqəti dəhlizdədir ki, istədikləri avadanlıqları gətirib çıxarsın.
İkinci məsələ odur ki, ərazilərimizdə Ermənistan birləşmələri və rus sülhməramlıları fəaliyyət göstərir. Bu məsələ də öz həllini hələ tapmayıb".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB