Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib. SİA-nın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, aşağıdakı turizm informasiya mərkəzləri ləğv olunub:
Bakı Turizm İnformasiya Mərkəzi (“Baku City Tour” turist avtobusları daxil olmaqla);
Şamaxı Turizm İnformasiya Mərkəzi;
Xaçmaz Turizm İnformasiya Mərkəzi;
Quba Turizm İnformasiya Mərkəzi;
Lənkəran Turizm İnformasiya Mərkəzi;
Gəncə Turizm İnformasiya Mərkəzi;
Şəki Turizm İnformasiya Mərkəzi;
Zaqatala Turizm İnformasiya Mərkəzi;
Qəbələ Turizm İnformasiya Mərkəzi;
İsmayıllı Turizm İnformasiya Mərkəzi;
Bərdə Turizm İnformasiya Mərkəzi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB