Ömər Eldarov Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib

Ömər Eldarov Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib

Prezident İlham Əliyev Ö.H.Eldarovun Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam verib.

Sərəncamla Ömər Həsən oğlu Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xatırladaq ki, dövlət başçısının digər sərəncamı ilə Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə