Türkiyədəki zəlzələ süni şəkildə törədilib? - DİQQƏT! - SİYASİ-EKSPERT DANIŞDI

Türkiyədəki zəlzələ süni şəkildə törədilib? - DİQQƏT! - SİYASİ-EKSPERT DANIŞDI

“Türkiyədə baş verən dəhşətli zəlzələnin mahiyyəti ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Hansı ölkədə baş verməsindən asılı olmayaraq belə hadisələrə siyasi don geyindirilə bilir. Ancaq bütün mülahizələr, ehtimallar gərək real olsun”. Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, dünyanın müxtəlif bölgələrində hərbi və ya siyasi xarakterli süni yeraltı təkanların yaradılmağı ilə fikirlər eşitmişik: “Hətta bəzilərinin timsalında 100% əminlik olur ki, müəyyən yeraltı təkanlar antropogen xarakterli olaraq yaradılır. Ancaq Türkiyədə baş vermiş bu zəlzələnin nəticələri o qədər böyükdür ki, sözün açığı, mən heç vaxt belə genişmiqyaslı zəlzələnin süni təsirlərlə törədildiyi barədə fakta rast gəlməmişəm. Bu cür dəhşətli nəticələrə yol açan zəlzələnin arxasında ancaq təbii proseslərin dayandığına ehtimal verirəm. Ona görə də Türkiyədəki zəlzələnin arxasında süni insan müdaxiləsi faktoru axtarmaq reallığa uymayan bir mövqedir. İnanmaq istəyirik ki, Allahın iradəsi ilə baş vermiş bu zəlzələ türk xalqı üçün gələcək inkişafa hesablanmış bir sınağın başlanğıcıdır və Türkiyə bu sınaqdan da alnıaçıq şəkildə çıxacaq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə