Enerji təchizatının davamlı şaxələndirilməsi zəruridir ŞƏRH

Enerji təchizatının davamlı şaxələndirilməsi zəruridir ŞƏRH

Müasir dövr beynəlxalq münasibətlərdə, dövlətlərin xarici siyasətlərində prioritet verdiyi əsas istiqamət təhlükəsizlik probleminin həllidir. Son zamanlar isə təhlükəsizlik problemi daha geniş çərçivəni əhatə etməklə öz tərkibini yeni anlayışlar hesabına genişləndirib. Bunlardan biri və ən vacibi enerji təhlükəsizliyidir.Enerji təhlükəsizliyi anlayışı qlobal məkanda son 50 ilin daha çox işlədilən ifadəsi olsa da, vahid konseptual mənada ona hələ ki, tərif verilməyib. Bu gün müasir dünyada enerji təhlükəsizliyi milli iqtisadiyyatın, müstəqilliyinin və inkişafının təminatçısıdır. Belə ki, enerji təhlükəsizliyinin müasir dövrdə həm iqtisadi, həm də siyasi cəhətləri mövcuddur. Enerji təhlükəsizliyi sahəsində tədqiqatçı Daniel Yergin “Foreign Affairs” jurnalının 2006-cı il tarixli sayında qeyd edir ki, enerji təhlükəsizliyi tarixin bütün dövrlərində ən önəmli məsələlərdən biri olub və indi də elədir. Enerji təhlükəsizliyi artıq yalnız özü-özünü ifadə etmir, o həm də dövlətlərarası münasibətləri müəyyən edən faktor kimi çıxış edir. Azərbaycan ötən müddət ərzində təkcə təchizatçı deyil, həm də etibarlı tranzit ölkəyə çevrilib. Xəzərin şərq sahillərində yerləşən ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən nəql edirlər. Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı dövlətimizin gələcək planlarının uğurlu olması və Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropa birliyi ölkələri ilə əməkdaşlıq münasibətləri, enerji təhlükəsizliyi problemlərinin səmərəli şəkildə həll edilməsi üçün şərait yaradır.

Son zamanlar Qərb ölkələri Azərbaycanı, Avropa birliyində də enerji təhlükəsizliyinin əsas təminatçısı hesab edərək onunla strateji münasibətlərinin səviyyəsini qaldırdılar. Heçdə təsadüfü deyil ki, ötən il enerji təhlükəsizliyi ilə bağlı bir neçə vacib hadisə oldu. Bu da ölkəmizin Avropanın enerji təhlükəsizliyi sahəsində ümumi öhdəliyini nümayiş etdirir. Ötən ilin iyulunda Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayen və ölkə başçımız Cənab İlham Əliyev tərəfindən imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandum gələcək planlar üçün aydın yol xəritəsi olmaqla Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artırmağın mümkünlüyün nəzərdə tutaraq, qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımızın mövcudluğunu əks etdirir.

Təbii qaz ehtiyatları bizə və tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edəcəkdir. Əlbəttə biz gələcəyə doğru baxırıq və bu gün yaşıl enerji ilə bağlı Məşvərət Şurasının ilk iclası da olacaq. Bu gün Məşvərət Şurasının ilk iclasında, sözsüz ki, konseptual məsələlər həllini tapmalıdır. Buna görə də biz planlarımızı düzgün qurmalı və kimlərin potensial investor ola biləcəyini bilməliyik. Əlbəttə ki, biz beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlığımızı davam etdirəcəyimizə ümid edirik. Beləliklə, Azərbaycan bir tərəfdən Avropa birliyində enerji təhlükəsizliyinin əsas təminatçısına çevrilən, digər tərəfdən, regionda bərpaolunan enerji istehsal edən bir dövlətə çevrilməklə iqtisadi siyasi gücünə güc qatmış olacaq. Sonda fikrimi Prezident cənab İlham Əliyevin sözləri ilə yekunlaşdırmaq istəyirəm: - Əminəm ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaq. Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik.

ARZU ƏLİYEVA

YAP Pirallahı rayon təşkilatı Apartının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə