“Tələblər yerinə yetirilənə qədər aksiya davam edəcək” MÜNASİBƏT
“Ötən ilin dekabrın 12-də səhər saatlarından Xankəndi-Laçın yolunda başlayan aksiya bu günə qədər davam edir. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır”. Bunu politoloq Məhəmməd Əsədullazadə “Səs” qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, ekoloqlar tələbləri yerinə yetirilənə qədər aksiyanı davam etdirəcəklərini bəyan ediblər: “Tələblərə əsasən, ilk növbədə, Ruben Vardanyan Qarabağdan çıxıb getməlidir. Azərbaycanın nəzarət-gömrük məntəqəsi tətbiq etməlidir. Azərbaycanın faydalı qazıntılarının qanunsuz çıxarılmasına son qoyulmalıdır. Digər tərəfdən, erməni silahlı birləşmələri bu ərazilərdən çıxarılmalıdır. Düşünürəm ki, Ermənistan tərəfi və rus sülhməramlıları tələbləri yerinə yetirməyəcəklərsə, ekoloqlar yolu açmayacaqlar. Çünki tələblər Azərbaycan üçün milli təhlükəsizlik və suverenlik məsələsidir. Erməni tərəfi və rus sülhməramlıları geri addım atmırsa onda Azərbaycan nəyə görə geri addım atmalıdır. Azərbaycan humanitar məsələlər istisna olmaqla bu prosesi daha da gücləndirməli və bütün yollara nəzarəti tətbiq etməlidir. Çünki biz növbəti mərhələdə erməni separatçılarının oraya silah sursat daşınmasına imkan verməməliyik. Hesab edirəm ki, ekoloqların etiraz aksiyası uğurla yekunlaşacaq. Azərbaycan bu yola ona görə çıxıb ki, prosesi müsbət həll etsin. Ona görə də, tələblər yerinə yetirilənə qədər aksiya davam edəcək. Sonda bizim istədiyimiz şəkildə bu proses yekunlaşacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB