"Ulu Öndər sonsuzadək gəncliyin qəlbindədir" FOTOLAR

"Ulu Öndər sonsuzadək gəncliyin qəlbindədir" FOTOLAR

2 Fevral – Gənclər Günü münasibətilə "Holliday İNN" hotelinin konfrans zalında "Ulu Öndər, sonsuzadək gəncliyin qəlbindədir" adlı bayram tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, millət vəkilləri, rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra dövlətimizin suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Milli Məclisin üzvü Ziyad Səmədzadə və Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışıb, gəncləri bayram münasibətilə təbrik etmiş, onlara uğurlar arzulayıblar. Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən 43 gəncə Fəxri Fərman təqdim olunub.Tədbir istedadlı gənclərin iştirakı ilə konsert proqramı ilə başa çatıb.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə