Tehran “respublikasının” müxtəlif səlahiyyətli vəzifələrində oturub anti-Azərbaycan xarakterli bəyanatlar səsləndirən və bu kimi bəyanatlar müqabilində “ələkçiyə qıl verən” millət xainləri baş verən son hadisələrdən nəticə çıxarmaları yerinə daha da azğınlaşmaqda, hətta zaman-zaman ağızları heliklənmiş şəkildə lap güclü səslə hürməyə davam edirlər.
“Bakı İranın oğul övladıdır”. Belə bir axmaq düşüncə ilə özünün tvitter səhifəsində “İran” adlanan məmləkətin Araz, Həndab və Kamican şəhərlərinin parlamentdəki təmsilçisi, parlamentin daxili məsələlər üzrə komissiyasının sədri, Həsən Əsafari adı fars şovinisti paylaşım edib. O, sözügedən tvitində Azərbaycanı “Bakı” adlandırıb və “Bakı İranın övladıdır” tipli sərsəm ifadəsi ilə bir az da irəliyə getməklə, sanki “ağıllı” bir çağırış edib, Azərbaycanı “İŞİD və sionistlərin İrana qarşı hazırlanmış” oyundan” imtina etməyə “çağırıb” (?!) Və Əsəfari bu da azmış kimi, öz sərsəmliyini davam etdirərək bir insanın ölümünün terror aktı olmadığını (?!) iddia edib.

İndi isə həmin şovinistin son cümləsinə diqqət edək: “Elə danışın ki, sonra utanmayasınız” (???!!!) Özünün hansı cəfəngiyyatlar söyləməsinə rəğmən həyasızcasına ittihamlar irəli sürən, bir Azərbaycan vətəndaşının qətlinin terror olmadığını dilinə gətirən bir GƏDADAN, əslində, başqa cür düşüncə gözləməyə də dəyməzdi!
Faktiki olaraq Azərbaycanın diplomatik binasına hücum edilib, həmin hücum dünya tərəfindən terror aktı kimi qiymətləndirilib, bu fars şovinisti isə baş verənlərdən təəssüf hissi keçirdiyini dilinə gətirməsi yerinə özünü ortaya yuyulmamış qaşıq kimi atmaqla təmsil olunduğu “respublikanın” real siması(ZLIQ)nı tərənnüm edib...

Ancaq məsələ həm də ondadır ki, bu gün həmin ölkədə millət xainləri də dillərini Azərbaycana tərəf uzadırlar. Belə ki, orada gizlənən terrorçu “Hüseyniyun” qruplaşmasının üzvü Azərbaycan dövlətinə və xalqına, eləcə də ölkə rəhbərliyinə qarşı böhtan dolu sərsəm açıqlamalar verib.
Beləliklə, davamlı olaraq Azərbaycan əleyhinə qərəzli yazılar dərc edən Tehran “respublikasının” “Əllamə Təbatəbayi” Universitetinin analitik saytı İranda gizlənərək Azərbaycana qarşı pozucu fəaliyyət göstərən “Hüseynçilər Hərəkatı” terror təşkilatının təbliğatçısı Orxan Məmmədovdan Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu ilə bağlı müsahibə alıb. Saytı yazır ki, Orxan Məmmədov Azərbaycanda İranı “əsassız ittiham edənlərə” səslənərək iddia edib: “Yadınıza salın ki, hətta Bakıdan idarə olunan terrorçuların törətdiyi Şirazdakı Şahçıraq ziyarətgahına edilən hücum faciəsində də İran yenə də Azərbaycanı ittiham etmədi. Bəs siz heç bir dəlil və sübut olmadan, hətta ağlabatan və məntiqi təhlil olmadan İranı necə suçlayırsınız?”.

Əlində heç bir əsası, faktı və dəlili olmadan Azərbaycana qarşı yalan, şər və böhtan hürən bu ikiayaqlı millət xaini göründüyü kimi, baş vermiş terror hadisəsini nəzərdən yayındırmağa cəhd edib və əksinə - bir neçə ay əvvəl Şiraz şəhərində yaşanmış terror aktını izafi həyasızlıqla ölkəmizin “ayağına” yazmağa cəhd göstərib.

Ciddi-cəhdlə “İran” adlı “məmləkətin” müdafiəsinə qalxan bu satqın əlavə edib: “Bu anti-İran hay-küyünün məqsədi tamamilə aydındır. Azərbaycanın İsraildə səfirliyinin açılmasına zəmin yaratmaq üçün son aylarda İranla münasibətləri qəsdən pozdular. İndi də şəxsi məsələlərə görə Azərbaycan səfirliyinə basqın etdiyini təkid edən şəxsin hücumuna görə haqsız və tamamilə əsassız olaraq İranı günahlandırırlar və NATO-nun Azərbaycana gəlməsinə zəmin hazırlamaq üçün təbliğat kampaniyasına başlayıblar...”

Görünür, hələ də ayağı isti yerdə olan, Azərbaycanın hüquq-mühafizə orqanlarının çoxsaylı tələblərinə baxmayaraq Tehran rejimi tərəfindən ölkəmizə təhvil verilməyən Orxan Məmmədov adlı xain yenə də həmin ümidində qalmaqda davam edir. Amma kökündən yanılır!
Bu gün milli azadlıqları uğrunda ayağa qalxan milyonlarla Cənubi Azərbaycan soydaşlarımız hələ ki, öz mübarizələrini aparırlar və vaxtı çatanda, QƏLƏBƏ qazanılanda, o taylı-bu taylı böyük və tarixi Azərbaycan torpaqları qovuşanda Azərbaycanı "arran" adlandıran Orxan Məmmədov, Tohid İbrahimbəyli kimi satqınların quyruqlarını qısma aqibətlərinin necə olacağını görəcəyik. Hələ ki, hürməyə davam etsinlər, amma nə barədəki hürüşlərini də unutmasınlar. Az qalıb, lap az!
Rövşən RƏSULOV
P.S. Çox, hətta kifayət qədər çox inanmaq istərdik ki, Cənubi Azərbaycandakı vətənpərvər soydaşlarımız fars şovinistlərinin altına yıxılmış bu tulaların aqibətləri ilə ciddi şəkildə məşğul olacaqlar!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB