Terror aktları Azərbaycan xalqını öz haqq işindən heç vaxt çəkindirməyib ŞƏRH

Vyana Konvensiyasının tələblərinə uyğun olaraq, hər bir dövlət öz ərazisində fəaliyyət göstərən səfirliklərin təhlükəsizliyini qorumağa borcludur. Beynəlxalq hüquq çərçivəsində İran Azərbaycan səfirliyinə hücuma görə məsuliyyət daşıyır və bu terror aktına görə cavab verməlidir. Və bu hadisə İranda çox pis tarixi ənənənin əsasını qoydu. Azərbaycan Respublikasının səfirliyi Tehranda terror aksiyasına məruz qalan ilk səfirlik deyil. İran heç vaxt heç bir beynəlxalq qanuna, qarşılıqlı beynəlxalq müqaviləyə məhəl qoymayıb. Və İranda Azərbaycan səfirliyinə edilən silahlı hücumla terroru daim qorxutmaq vasitəsi hesab edənlər səfirliyin əməkdaşını qətlə yetirməklə qorxu yaratmaq istəyirsə, tamamilə yanılırlar. Əslində, bu qədər səviyyəsiz olduqlarının fərqində deyillər və bu, Azərbaycanın ərazi bütövlüyünə təhdid sayılır. Və Azərbaycanın diplomatik xidmətdə çalışan vətəndaşlarımızın qətlə yetirilməsinə görə bütün məsuliyyət İran hakimiyyətinin üzərinə düşür. Həmçinin, Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı törədən, xalqımızın müstəqilliyi, ərazi bütövlüyünün qorunması istiqamətində Azərbaycanımızın Qalib Lideri, Prezidentimizin həyata keçirdiyi siyasətin uğurlarını həzm edə bilməyən bədxahlar bilməlidirlər ki, etdikləri cinayətə görə öz layiqli cavablarını alacaqlar. Bir də, əksər islam dövlətlərinə düşmənçilik edən Ermənistanı özünə qardaş hesab edən İran, əslində, islam dininə də hörmətsizlik nümayiş etdirir. Və tarixi Qələbəmizi və artan gücümüzü, nüfuzumuzu həzm edə bilməyənlər bir daha anlamalıdırlar ki, heç bir qüvvə Azərbaycan dövlətinin haqq işinə mane ola və onu haqq yolundan heç bir təhdid və hədə çəkindirə bilməz. Ona görə də beynəlxalq aləm bu məsələyə öz münasibətini bildirməlidir və belə yalan məlumatlarla iz azdırmaq mümkünsüzdür.

FUAD HEYDƏR,

siyasi şərhçi

Bütün xəbərlər Facebook səhifəmizdə