İtaliyadakı icmamız beynəlxalq birliyə müraciət edib

Azərbaycan-İtaliya Birliyi və İtaliya Azərbaycanlıları Koordinasiya Şurası ölkəmizin İrandakı səfirliyinə xain hücumu hiddətlə pisləyib.

SİA-nın əldə etdiyi məlumata görə, beynəlxalq birliyə ünvanlanan bəyanatda yanvarın 27-də törədilmiş qanlı olay qabaqcadan hazırlanmış terror aktı kimi qiymətləndirilib.

İranın və Ermənistanın regionda insanlığa və beynəlxalq hüquq normalarına zidd davranışına diqqəti cəlb edən soydaşlarımız dünya ictimaiyyətini ədalətli mövqe tutmağa, regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə