“Bu alçaq terroru şiddət və nifrətlə qınayıram” - TÜRKİYƏNİN SABİQ DEPUTATI DANIŞDI
“İranda can qardaşlarımız olan Azərbaycanın İrandakı səfirliyinə edilən bu alçaq terroru şiddət və nifrətlə qınayıram. Terror hücumunda ölən təhlükəsizlik xidmətinin rəhbərinə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Ərzurum şəhərindən olan sabiq deputat, professor Mustafa İlıcalı deyib.
Onun sözlərinə görə, Türkiyə Cümhuriyyəti hadisəni eşidər-eşitməz səlahiyyətlilərin hamısı terror hadisəsini şiddətlə qınadı: “Bu terrorlar Türkiyəyə yad deyil. Terroru birlikdə önləyəcəyik”.
Mustafa İlıcalı sözlərinə belə davam edib: “Terror nəticəsində kimin canının yanacağı bəlli deyil. Bu səbəbdən də Azərbaycana qarşı İranda edilən terrorla bağlı lazımlı araşdırma aparılacaq, terrorun səbəbi məlum olacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB