“Revanşist qüvvələrin ruhdan düşməsi dərinləşir” AÇIQLAMA

“Xankəndi yolunda Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti nəzarət zonasında olan faydalı filiz və qızıl yataqlarının ermənilər tərəfindən qanunsuz istismarına və ekoloji terrora qarşı ekofəalların Laçın yolunda ötən ilin dekabrın 12-dən başlatdıqları etiraz geniş beynəlxalq rezonans doğurdu”. Aksiya iştirakçıları qarşıya qoyulan hədəflərə demək olar ki çatdı”. Bunu AMİP funksioneri Əli Orucov “Səs” qəzetinə açıqlamasında bildirdi.

Onun sözlərinə görə, aksiyanın dayandırılması ilə bağlı bəzi dövlətlərin Azərbaycana basqısı ilə rastlaşdıq: “Lakin Azərbaycanın qətiyyətli mövqeyi olduğunu və suverenliyimizin tam bərpası üçün heç nədən çəkinmədiyimizi bir daha ortaya qoydu Avropa Parlamenti kimi mötəbər bir qurum Fransanın basqılarına davam gətirməyib qeyri-obyektiv və ədalətsiz qətnamə çıxartsa da, ABŞ Dövlət Departamenti narahatlığını ifadə etsə də, bu, heç nəyi dəyişmədi. Hər keçən gün ermənilərin uydurduğu humanitar böhranın yalan olması daha da aydınlaşır və revanşist qüvvələrin ruhdan düşməsi dərinləşir. Odur ki, bu aksiya hesab edirəm böyük effekt verdi və regiona maraqları olan dövlətləri və siyasi çevrələri öz planlarını korrektə etməyə məcbur saldı. Bir daha anladılar ki, heç kəs və heç bir qüvvə Azərbaycanla təhdid dilində danışa və öz qətiyyətli mövqeyindən çəkindirə bilməz”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə