Qondarma rejimin dövlət naziri kimi özünü qələmə verən Ruben Vardanyan BBC-nin efirində yayımlanan “Hard Talk” proqramında çətin vəziyyətə düşdü və hətta ifşa olundu desək, yanılmarıq. Verilişin aparıcısı Stiven Sakurun suallarından yayınmağa can atdıqca və həqiqəti, mövcud reallıqları gizlətməyə çalışdıqca özü-özünü ifşa edən Vardanyan beynəlxalq ictimaiyyətin gözü qarşısında çox biabırçı, hətta acınacaqlı bir vəziyyətə düşdü, hansı ki, belə olacağı gözlənilən idi.
İki il öncə Ermənistanın baş naziri Nikol Paşinyanın rüsvay olduğu eyni efirdə qondarma dövlət naziri hansısa xal qazanmaq fikrində olsa da buna nail ola bilmədi. Aparıcı Stiven Sakurun sualları qarşısında gözlərini döyən Ruben həmin suallardan yayındıqca çox məqamlar üzə çıxdı. Özünün erməni baş nazirindən daha professional, daha layiqli olduğunu göstərmək istəyən bu adam da eyni ilə Nikol kimi, hələ ondan da artıq şəkildə rüsvay oldu. Onun kimliyi, nəyə və hara xidmət etdiyi suallardan sonra dərhal özünü biruzə verdi və ifşa olunduğunu indi özü hamıdan daha yaxşı bilir.
Guya “erməni hüquqlarının müdafiəçisi” kimi Qarabağa gəldiyini deyən Vardanyan məhz sözügedən efirdə göstərmiş və təsdiq etmiş oldu ki, o heç də bu niyyətlə gəlməyib. Bunu elə ermənilərin özləri də anladılar. Təsadüfi deyil ki, bu barədə Ermənistana məxsus mətbuat səhifələri də açıq şəkildə qeyd edirlər. Hətta qeyd olunur ki, Ruben həmin ərazilərə açıq-aydın bir gündəliklə gəlib və Kremlin oyunçusudur. Bu maliyyə fırıldaqçısının yenə də maliyyə resurslarına göz dikdiyi də özünü dərhal göstərir və hətta həmin resursların belə bundan sonrakı “fəaliyyəti” üçün maliyyə mənbəyi olacağının planlanıldığı da bəlli məsələdir. Hər dəfə sual verildiyi zaman Kremlin layihəsi olduğunu gizlədən Vardanyan buna əminliyi daha da artırmış oldu.
Müsahibə zamanı dərhal hiss olunur ki, Ruben Vardanyan çox naşıdır və siyasətdən qəti başı çıxmır. Dərhal hiss olunur ki, onun tərzi belə siyasətə uyğun deyil və bunun adı ancaq hiyləgərlik ola bilər. Bunu artıq bütün dünya gördü və bir daha əmin oldu. Həm də ona əmin oldu ki, siyasətdən başı çıxmayan, siyasətdə naşı olan birinin siyasi arenaya atılması yalnız layihə ola bilər və bu layihənin də mütləq bir müəllifi var. Təbii ki, müəllifin Moskvadakı siyasi texnoloqlar olduğu da dərhal aydın oldu. Çünki hər suala cavab verdiyi zaman o Kremlin oyunçusu olduğunu gizlədirdi, yaxud da bunu etiraf etməkdən yayınırdı. Lakin göz önündə olanlar bunun əksini təsdiq edirdi, baxmayaraq ki, o bunun üstünü ört-basdır etməyə çalışırdı.
Hansısa layihənin tərkib hissəsi olduğunu ört-basdır etmək üçün Vardanyanın bütün səyləri əbəs idi. Bunu təsdiq edən birinci məqam o idi ki, qondarma “dövlət naziri” suallara cavab verə bilmirdi. Yəni onun müstəqil fikrinin olmadığı, cavab vermək üçün belə məsləhətləşmələrə ehtiyacının, tapşırıqlara qulaq asmaq, əməl etmək kimi bir mükəlləfiyyətinin olduğu dərhal duyulurdu. Dərhal duyulurdu ki, Ruben müstəqil iradə sahibi deyil, baxmayaraq ki, o özü-özünü dövlət naziri kimi hər zaman qələmə vermək üçün dəridən-qabıqdan çıxıb. Suallar qarşında çıxılmaz vəziyyətə düşdüyü, eləcə də cavab verməkdə acizliyi dərhal hiss olunurdusa, deməli, cavab verməkdən belə qorxurdu. Bu da o deməkdir ki, Vardanyanın ixtiyarı belə öz əlində deyil və artıq yaxası kimlərinsə əlindədir.
Qondarma rejimin dırnaqarası “dövlət naziri” sözügedən efirdə məhz erməni baş naziri Nikol Paşinyanla aralarında olan ixtilaflar barədə də nə isə deməkdən əbəs yerə çəkinmədi. Təbii ki, Vardanlan tərkib hissəsi olduğu layihənin açılacağından ehtiyat etdi. Erməni baş nazirlə aralarındakı ixtilaflar barədə onun danışmaq istəməməsi təsdiq etdi ki, Moskva tərəfindən xüsusi gündəliklə göndərilib və Kremlin heç də xoşu gəlməyən Paşinyanı zərərsizləşdirmək, imkan olduqda onu uzaqlaşdırmaq niyyətinə xidmət edir və bunun açılmaması üçün məsələni gizlədir. Bunu təsdiq edən daha bir məqam isə Vardanyanın Rusiya prezidenti ilə yaxın münasibətdə olduğunu gizlətməsi, bunu etiraf etməməsidir. Amma bu reallığı demək olar ki, hamı bilir. Sözsüz ki, efirdə heç kim Vardanyandan səmimi cavab, yaxud etiraf gözləmirdi və onun cavabları sadəcə bəzi mətləblərin açılmasına kömək etdi, hansı ki, bu onun iç üzünü də bir daha açıb ortaya qoydu.
Yaxşı bəs niyə bu Vardanyan Rusiya-Ukrayna müharibəsinin Ermənistana təsirləri barədə sualı da cavabsız qoydu? Ümumiyyətlə, bu adamın öz ağasını gizlətdiyinə indi zərrə qədər şübhəsi olan qaldımı? Qalmadı, çünki onun xüsusi təlimatla Qarabağa gələrək Rusiyanın strateji layihəsinə xidmət etdiyi hər addımda özünü biruzə verdi. Məhz BBC-nin efirində yayımlanan “Hard Talk” proqramında bir daha hər kəs əmin oldu ki, Kreml özü Vardanyanı göndərib və məhz Qarabağ kartı vasitəsi ilə Ermənistan üçün hazırlayır. Özü də məxsusi olaraq Paşinyan üçün. Bəli, Rusiyanın çoxdandır cəzalandırmaq istədiyi Nikol üçün hazırlanıb və Ruben də bunu hər vəchlə gizlətmək istəyir. Çünki bu planda Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması ssenarisi də ola bilər və bu məsələdə Vardanyan da divident qazanmaq niyyəti güdür. Özü də bu gün əgər Ermənistanda Robert Koçaryanın, yaxud Serj Sarkisyanın nüfuzundan danışmağa dəyməzsə, onların heç bir təsir imkanları da, siyasi çəkiləri də yoxdursa, deməli Vardanyan bu məqamdan yararlanmaq istəyir, baxmayaraq ki, Rusiyanın planında bu olmaya da bilər.
Ermənistanın son vaxtlar Rusiyaya qarşı aqressiv mövqeyinin cavabsız qalmayacağını təkzib edən tapılmaz. Buna ermənilər özləri də hazırlaşırlar və qəbul edirlər ki, bu nə vaxtsa olacaq. Məsələ burasındadır ki, bu cavabın verilməsində Vardanyandan da istifadə olunur. Vətənsizlərin isə xəyanətkar mövqeyi fonunda Rubenin bu layihədə maşa rolunu oynaması artıq gözlənilən haldır. Bu, yəni öz ölkəsini, öz dövlətini, öz xalqını hansısa layihəyə qurban vermək kimi bir addım erməni xisləti üçün heç də qeyri-adı sayılmır, təki divident olsun. Bu siyasi divident də ola bilər maddi divident də, əsas odur ki, Vardanyan kimisi üçün bunun heç bir fərqi yoxdur, hansıki bundan da Rusiya məharətlə istifadə edir. Ruben də öz növbəsində heç bir suala cavab vermək istəmir, suallardan yayınır, yaxud həqiqəti gizlədir ki, gələcək layihələrin cizgilərini göstərməsin.
Doğrudur, qondarma rejimin dırnaqarası “dövlət naziri” BBC-nin efirində yayımlanan “Hard Talk” proqramında həddini də aşdı. Onun, “Qarabağı tərk etməyəcəyi” barədə fikir bildirməsi boyundan hündürə tullanmaq cəhdi ilə eyni sayıla bilər. Birincisi, Qarabağı tərk edib-etməyəcəyi, bir sözlə ixtiyarı Vardanyanın heç də öz əlində deyil. Çünki əvvəla, onun ipi rusların əlindədir, nə əmr etsələr onu da icra etməlidir və edəcək də. Yəni, Ruben hansısa qərar vermək ixtiyarına belə malik deyil, dedikləri də yenə nəyi isə gizlətməyə hesablanmışdı. Digər tərəfdən də Azərbaycan tərəfi bu maliyyə fırıldaqçısına elə bir imkan verməyəcək ki, Qarabağ ərazisində at oynatsın. O, istənilən an anti-terror əməliyyatları zamanı zərərsizləşdirilə bilər və bu da onun sonu deməkdir, nəinki Qarabağı tərk etməsi. Bu baxımdan Ruben Vardanyanın bu fikrinin də cəfəngiyyatdan başqa bir şey olmadığı özünü bir daha ortaya qoyur.
“Mən bura savaşmağa gəlmişəm”, deyən Ruben Vardanyan bununla “Hard Talk” proqramında özünü ifşa etməsi ən diqqətçəkən məqamdı. Doğrudur, aparıcı aydın şəkildə deyir ki, siz Azərbaycanın qanunları ilə yaşamalısız, Azərbaycan sülh istəyir, amma o dediyini bir daha təkrar edir. Bütün bunlar milyonlarla tamaşaçının diqqətindən yayınmır. Bu günə qədər erməni yalanlarına istər inananlar, istər inanmaq istəyənlər, istərsə də bu yalanları tirajlayanlar fərqli bir mənzərəni müşahidə etdilər. Müşahidə etdikləri də o oldu ki, separatçıların başçılarından biri açıq şəkildə deyir ki, biz sülh istəmirik, biz savaş istəyirik. Bax elə belə deməkdə də Ruben özünü və bütün separatçıları ifşa etdi. Dünya ictimaiyyəti bir daha gördü və əmin oldu ki, separatçıların niyyəti heç də sülh deyil, ancaq müharibə və savaş istəyindədirlər. Bir sözlə, əsl üzünü ortaya qoyan həmin o qondarma rejimin dırnaqarası “dövlət naziri” məhz beynəlxalq müstəvidə ifşa olundu. Doğrudur, aparıcı Stiven Sakur Ruben Vardanyanı hamının gözü qarşısında divara dirədi. Yəni, Vardanyan öz payını aldı, amma ən diqqətçəkən məqam onun özünün özünü dəfələrlə ifşa etməsi oldu ki, biz də bunu müşahidə etdik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB