Parlament seçkilərinin demokratik keçirildiyini heç kim inkar edə bilməz - DEPUTAT

Parlament seçkilərinin demokratik keçirildiyini heç kim inkar edə bilməz - DEPUTAT

"Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Respublikamız demokratik ölkə kimi pozitiv beynəlxalq imicə malikdir. Hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Ölkəmizdə keçirilən bütün seçkilər demokratik standartlara cavab verərək qanunun tələblərini özündə əks etdirir. Şəffaf və ədalətli seçkilər Azərbaycanda demokratik siyasi sistemin başlıca göstəricisidir. Azərbaycan demokratik dövlət olaraq seçki sisteminin də beynəlxalq standartlara uyğun olaraq formalaşdırılmasını daim diqqət mərkəzində saxlayıb. Bu, bir daha Azərbaycanda demokratik cəmiyyətin mövcudluğunu, eləcə də siyasi sistemin demokratiklik səviyyəsinin nümunəvi xarakter daşıdığını göstərir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, 2015 və 2020-ci illərdə Milli Məclisə keçirilmiş seçkilər bu müsbət reallıqların daha bir təsdiqi və dolğun ifadəsi oldu: "Azərbaycanda baş tutan parlament seçkiləri ölkəmizin demokratik prinsiplərin, ənənələrin bərqərar olması yönündə böyük uğurlar əldə etdiyini bir daha təsdiqlədi. Seçkilərin ədalətli keçiriləcəyi qabaqcadan heç kimdə şübhə doğurmurdu. Çünki dövlət bütün namizədlərin seçkiqabağı kampaniyanı sərbəst və aktiv şəkildə həyata keçirməsi üçün hər bir şəraiti yaratmışdı. Fərqli siyasi dünyagörüşünə malik qüvvələrin, siyasi partiyaların prosesdə iştirak etməsi, siyasi mövqeyindən asılı olmayaraq bütün namizədlərə bərabər şəraitin yaradılması və digər çoxsaylı amillər seçkinin obyektiv keçirilməsi üçün lazım olan ilkin şəraiti yaratmışdı. Seçkiöncəsi mühiti müşahidə edən müxtəlif beynəlxalq təşkilatlar da yaradılmış şəraitdən razı qaldıqlarını bildirmişdilər. Bu gün Milli Məclisin rəhbər strukturlarında, ayrı-ayrı komitələrdə müxalifət nümayəndələrinin təmsil olunması da bütün deyilənləri bir daha sübut edir. Amma bəzi şəxslərin, hətta bəzi deputatların psevdodemokrat çxışı, hadisələrə qeyri-adekvat reaksiyası onların özünü belə gülüş obyektinə çevirir. Erkin Qədirlidən soruşmaq lazımdır, necə ola bilər ki, Milli Məclisə seçkilərdə iştirak edəsən, qalib gələsən və bu qalibiyyəti şübhə altına alasan. Onda bu 3 ildə Milli Məclisdə necə təmsil olunurdun, vicdanın necə qəbul edirdi ki, kiminsə yerini tutasan? Bu, bir absurd yanaşmadır. Sadəcə özünü bəzi qüvvələrin, blogerlərin hədəfinə çevirməmək üçün yanlış addımlar atır".

Bütün xəbərlər Facebook səhifəmizdə