Türkiyə və Pakistan XİN başçıları arasında görüş olub

Türkiyə və Pakistan XİN başçıları arasında görüş olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Daşkənddə pakistanlı həmkarı Bilaval Bhutto Zardari ilə görüşüb.

SİA xəbər verir ki, bunu M.Çavuşoğlu "Twitter"də yazıb.

O bildirib ki, həmkarı ilə regional məsələrlə yanaşı, iqtisadi və müdafiə sahəsindəki əməkdaşlığı müzakirə edib.

Qeyd edək ki, M.Çavuşoğlu İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclasında iştirak etmək məqsədilə Özbəkistanda səfərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə