Lerikdə 20 yanvar faciəsinin qurbanları yad edilib FOTOLAR

Lerikdə 20 yanvar faciəsinin qurbanları yad edilib FOTOLAR

Bu gün Lerik Rayon İcra Hakimiyyəti və YAP Lerik rayon təşkilatının birgə təşkilatçılığı ilə “20 Yanvar həqiqətlərinin dünyaya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda, 20 Yanvar faciəsinin 33 illiyinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəlimmədova, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, idarə, müəssisə,təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları iştirak ediblər.

Əvvəlcə 20 Yanvar faciəsində həlak olanların, ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəlimmədova,ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və bu faciəyə verdiyi qiymətdən söz açaraq tədbir iştirakçılarının diqqətinə çatdırıb.

YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev çıxış edərək bildirdi ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələrinin Azərbaycanda törətdiyi kütləvi qırğından 33 il keçməsinə baxmayaraq xalqımız həmin faciənin ağır nəticələrini bu gün də xatırlayır. Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş oğul və qızlarımızın xatirəsi dərin ehtiramla yad edilir. Məhz xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə hüquqi və siyasi qiymət verilməsini tələb edib.

Daha sonra çıxış edən Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov qeyd etdi ki, hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi.

Çıxış edən tarixçi,müəllim Hüseynbala Əliyev qeyd etdi ki, 20 yanvar faciəsi xalqımızın yaddaşına qəhrəmanlıq dastanı kimi yazılıb. 20 yanvar qurbanlarının əziz xatirəsi daima hər birimizin qəlbində yaşayacaq, onların qorxmazlığı, cəsurluğu yetişən gənc nəsilin milli vətənpərvərlik ruhunda böyüməsinə bir nümunə olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə