“Ümummilli lider və 20 Yanvar həqiqətləri” FOTOLAR

“Ümummilli lider və 20 Yanvar həqiqətləri” FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasında, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilmişdir. Əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasinda yerləşən büstü önünə gül çiçək dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib. Tədbirdən öncə partiyamızın yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov qeyd etdi ki, müasir Azərbaycan tarixində əlamətdar, yaddaqalan günlərlə yanaşı, üzüntülü, faciəvi həm də qürurverici günlər də vardır. Məhz “ 20 yanvar “ tarixi belə günlərdən biridir. 20 Yanvar hadisəsinin necə, hansı səbəbdən baş verdiyindən ətraflı bəhs edən S.Şükürov, o vaxtı Azərbaycanın tam yiyəsiz olduğunu, rəhbərliyin qaçdığını, ölkənin yiyəsiz olduğunu qeyd etdi. Məhz belə çətin və ağır zamanda o dövrdə Moskvada yaşayan Ulu öndər Heydər Əliyev səhhətinin normal olmamasına baxmayaraq, Azərbaycanın daimi nümayəndəliyinə gedərək, mətbuat vasitəsilə bütün dünyaya SSRİ rəhbərliyinin birbaşa məsuliyyət daşıdığını bəyan etdi. S.Şükürov çıxışında onu da qeyd etdi ki, Ulu öndər Heydər Əliyev siyasətini dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyev 20 Yanvar əlilləri və şəhid ailələrinə daim diqqət və qayğı göstərir. 5 yanvar 2023-cü ildə 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə imzaladığı Fərman Prezidentimizin Şəhid ailələrinə nə qədər dəyər verdiyinin, həssaslıqla yanaşdığının bariz nümunəsidir.

Rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir. Daha sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Nərmin Abışova, rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin direktoru Coşqun İsmayılov və Heydər Əliyev Mərkəzinin əməkdaşı Aytən Zeynalova çıxış edərək 20 Yanvar həqiqətlərinə ilk siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verilməsini qeyd etmişlər. Sonda “Ümummilli lider və 20 Yanvar həqiqətləri” barədə hazırlanmış qısa videoçarx nümayiş olunmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə