“Rusiya-Ukrayna cəbhəsində ürəkaçan mənzərə yoxdur” - POLİTOLOQ ŞƏRH ETDİ
“Rusiya-Ukrayna müharibəsi sona çatmaq əvəzinə, getdikcə daha da qızışır. Dünən Rusiya prezidenti Vladimir Putin göstəriş verib ki, Rusiya qoşunlarının sayı 1,5 milyona çatdırılmalıdır. Bu da müharibənin daha da alovlanacağını göstərən faktdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.
Onun sözlərinə görə, hazırda xarici ölkələrdən də müharibə üçün orduya sövq edilənlər var: “Artıq Serbiyadan serblərdən ibarət böyük bir dəstə rusların nəzarəti altında olan Zaporojye şəhərinə gətirilib və hərbi təlimlər başlayıb. Bu işin qarşısının alınması üçün də Serbiyanın prezidenti çıxış edərək, bunun yolverilməz olduğunu, belə olan halda müharibənin daha da qızışacağını bildirib.
Son günlər yaşayış məntəqəsinə vurulan zərbə nəticəsində 45 nəfər Ukrayna vətəndaşı həlak olub. Onların isə 6-sı uşaq olub. Müharibənin daha da qızışdığını göstərən səbəblərdən biri də Amerika, Böyük Britaniya və Avropa İttifaqının Ukraynaya hərbi yardımlarını artırmasıdır. 2023-cü il üçün Aİ Ukraynaya 18 milyard avro pul ayırıb. Diqqət çəkən məqamlardan biri də odur ki, Rusiyanın ideoloqlarından biri bu müharibənin insanlığın sonuncu müharibəsi olacağını bildirib. Hazırda Rusiya-Ukrayna cəbhəsində ürəkaçan mənzərə yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB