Bu gün ölkə Prezident cənab İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu siyasi diplomatiyanın məntiqi nəticəsi kimi ölkəmizdə siyasi sabitlik mövcuddur və bu da ölkəmizin yaratdığı yeni siyasi reallıqlarla qarşıda yeni vəzifələri, hədəfləri müəyyənləşdirir. Ölkəmizdə sağlam siyasi mühitin mövcudluğunu Prezident cənab İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş siyasi dövlət strategiyası təşkil edir və Azərbaycanda 50-dən artıq siyasi partiyanın qeydiyyatdan keçməsi, onların fəaliyyətləri üçün normal şəraitin yaradılması söylədiklərimizə bariz nümunədir. Bildiyimiz kimi, "Siyasi partiyalar haqqında" Qanun 1992-ci ildə qəbul edilmişdi və sənədin qəbulundan 30 il vaxt keçir. Qeyd edək ki, bu illər ərzində Azərbaycanın qazandığı uğurların ardıcıllığı siyasi sistemdə aparılan islahatların real nəticələrini ortaya qoyur.
Dövr və zamanın tələbləri dəyişdikcə siyasi qanunvericilikdə də müəyyən dəyişikliklərin, islahatların həyata keçirilməsi labüddür. Bildiyimiz kimi 44 günlük şanlı Zəfərdən sonra Azərbaycan bölgədə və regionda yeni reallıqlar yaratdı və bu reallıqlar yeni çağırışları gündəmə gətirir. Xüsusilə qeyd etmək lazımdır ki, Beynəlxalq aləm, dünya ölkələri tarixi Zəfərimizdə Azərbaycan xalqının birliyinin, vətəndaş həmrəyliyinin müstəsna rol oynadığının şahidi oldu. Vətən müharibəsində 50-dən artıq siyasi partiya həyata keçirilən siyasətə dəstəyini Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşməsi ilə ifadə etdi. Ən vacib məqamlardan biri isə Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması və qarşılıqlı sağlam siyasi əməkdaşlıq münasibətlərinin qurulması idi. Məlum olduğu kimi, "Siyasi partiyalar haqqında” yeni qanun layihəsi parlamentin plenar iclasında yekdilliklə qəbul olundu.
Yeni qanunda siyasi partiyanın necə təsis edilməsi, reyestrdə onlarla bağlı hansı məlumatların olması, partiya fəaliyyəti üçün tələblər, habelə siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmləri, partiya üzvlüyünə məhdudiyyətlər, partiyaların rəmzlərinin müəyyənləşməsi, onların maliyyələşməsinin təşkili, qeydə alınmayan və ya qeydiyyatı ləğv edilən siyasi partiyanın fəaliyyətinin nədən ibarət ola biləcəyinə və sair məsələlərə dair məqamlar yer alıb. "Siyasi partiyalar haqqında" yeni Qanun ümumilikdə siyasi partiyaların normal fəaliyyətinə daha geniş imkanlar yaradacaq. Bu gün ölkəmizdə sağlam siyasi mühitin mövcudluğu Azərbaycanın demokratik dəyərlərə sadiq dövlət olmasının bariz təzahürüdür.
MANSUR QULİYEV
YAP Ağdam rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB