“Hər bir azərbaycanlının ürəyi aktivistlərin yanındadır” AÇIQLAMA
“2022-ci il dekabr ayının 12-dən etibarən Şuşa-Xankəndi yolunda Azərbaycan aktivistlərinin ekoloji terrorun dayandırılması tələbilə aksiyası keçirilir. Soyuq, şaxtalı bir havanın olmasına baxmayaraq aktivistlərin aksiyası davam edir”. Bunu “Səs” qəzetinə açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.
Onun sözlərinə görə, hər bir azərbaycanlının ürəyi aktivistlərin yanındadır: “Bu aksiya çox ümidverici bir aksiyadır. Hesab edirik ki, bu aksiya inşallah yaxın zamanda qalibiyyətlə sona çatacaqdır. Aksiyanın tələbi Qarabağ iqtisadi rayonda ekoloji terrora son qoyulmasıdır. Məlumdur ki, üçtərəfli sazişə uyğun olaraq indiyə qədər Rusiya bədməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə erməni silahlı qüvvələri, quldur dəstələri çıxarılmalı idi. Amma buna baxmayaraq indiyə qədər nəinki quldur dəstələri ərazini tərk etməyib, hətta son iki ildən artıq bir müddətdə, əksinə, onların silahlandırılması həyatda keçirilir. Silah daşınması Laçın - Şuşa yolundan həyata keçirilir. İndi ermənilər və onların Qərbdə olan himayədarları hay-küy qaldırırlar ki, guya Xankəndidə yaşayan ermənilər humanitar böhtanla üzləşiblər”.
“Hay-küyün əsas səbəbi nədir” sualına cavab olaraq T.Qənioğlu bildirdi ki, bizim aktivistlər bu yoldan keçən qeyri-qanuni yükdaşınmalarının hərəkətinə icazə vermirlər: “Yəni Qarabağ iqtisadi zonasında təbii sərvətlərimizi talayan separatçılara həmin yoldan keçmələrinə icazə vermirlər. Bundan başqa, həmin əraziyə Ermənistandan silah sursat daşınmasının da qarşısı alınır. Ermənilərin və onların havadarlarını da narahat edən əsl məsələ budur. Hesab edirik ki, bu dinc aksiya təqdirəlayiqdir və biz həmin iştirakçıları dəstəkləyirik, onları alqışlayırıq və əminəm ki, tezliklə biz öz istəyimizə çatacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB