Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimində iştirak və çıxış edib. Çıxışda cənab Przident qeyd edib ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. “Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu”.Fərəhlə qeyd etmək lazımdır ki, son illərdə ölkəmiz böyük inkişaf yolu keçərək bütün sahələrdə mühüm uğurlara imza atmışdır. Ulu öndər Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi sayəsində inkişafın dayanıqlı olması göz önündədir. Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişafını davam etdirir. Son illərdə əldə edilən idman nailiyyətləri Azərbaycanı İdman ölkəsi adlandırmağa əsas verir. İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanda idmanın dövlət siyasəti olduğunu sübut edir. 2022-ci ildə idmançılarımız böyük uğurlar əldə edib. İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünya, Avropa çempionatlarında və beynəlxalq turnirlərdə idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Cənab Prezident çıxışında Azərbaycanda idmanın inkişafının ardıcıl xarakter daşıdığını xüsusi olaraq qeyd edib: “Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar”.Azərbaycanda idmana daima dövlət dəstəyi göstərildiyini bidirən cənab Prezident qeyd edib ki, İdmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, nəticələr də olacaq. “İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır. Bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub”. Daha sonra cənab Prezident vurğulayıb ki, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. Bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləriəsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin. Respublikada tikilən idman qurğuları, idmançılarımızın qazandığı uğurlar Azərbaycanı dünyada güclü idman dövləti kimi tanıdıb. Bütün bu nailiyyətlərin əsası Azərbaycanda idmanın dövlət siyasətinə çevrilməsidir.
N.Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB