KİV nümayəndələrinə qarşı təqiblər və repressiyalar amansızlıqla davam edir
İranda baş verən kütləvi etirazlarda Tehran rejiminin vətəndaşlara qarşı qəddar davranışları davam edir. Artıq hazırkı dövrə qədər onlarla insan edam edilib və yüzlərlə şəxsə qarşı edam hökmlərinin icrası ilə bağlı qərarlar qəbul olunmaqdadır. Müxtəlif şəhərlərə SEPAH və BƏSİC silahlı qüvvələrinin ağır texnikaları yürdülür, həmin vasitələrlə xalqa qarşı divan tutulur.
Artıq öz sözlərini deyən bir sıra jurnalistlər də var ki, onlar edam hökmlərinə, yaxud uzunmüddətli həbslərə məruz qoyulublar
Maraqlıdır ki, belə bir situasiyada öz vəzifə borclarını verən, hadisələri işıqlandıran jurnalistlər, blogerlər də əsas hədəf obyektlərinə çevriliblər.

Düzdür, teokratik rejimin əsas təbliğat qüvvəsi olan hökumət mediaları hər vəchlə iğtişaşlarda sadə xalqı ittiham edən süjetlər hazırlayıb, qəzetlərdə yazı və məqalələr versələr də, müxalifyönlü media təmsilçiləri informasiya blokadasını yararaq dünyaya əsl həqiqətləri təqdim edirlər. Məhz bu faktdan qorxan, ehtiyat edən molla rejimi həmin şəxsləri izləyir, təqib və təhdidlərə məruz qoyur, əllərinə düşən fürsətlərdə isə dərhal həbs edərək zindanlara atırlar. Artıq öz sözlərini deyən bir sıra jurnalistlər də var ki, onlar edam hökmünə, yaxud uzunmüddətli həbsə məruz qoyulublar.
Statistika - İran jurnalistlərin ən çox həbs olunduğu ölkələr siyahısında birinci yeri tutur
Media təmsilçiləri ilə bağlı göstərilən statistik rəqəmlər də şkalaları aşmaqdadır. Əldə edilən məlumatlara və insan haqları təşkilatlarının təqdim etdiklərinə görə, İranda davam edən 110 günlük etiraz aksiyaları zamanı 73 jurnalist həbs edilib.

Həbslərə məruz qalan media təmsilçilərinin 38-i jurnalist, 25-i əyalət müxbirləri və 10 nəfəri isə foto və video reportyorlardırlar.
Repressiyalara məruz qalan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən "Şərq" qəzetinin əməkdaşlarının da adları hallanmaqdadır
Daha bir maraqlı fakt budur ki, hətta Tehran rejiminə mənsub olan KİV təmsilçiləri də zaman-zaman hədəfə alınırlar. Belə ki, onların hadisələri işıqlandırdıqları zaman əsl reallıqları görmələri və polisin, ordunun qəddarlıqlarını, amansızlıqlarını üzə çıxarmaları sonradan mövqelərinin dəyişməsinə, etirazçı xalqın səbəb olur. Misal üçün, tutulan və sonradan repressiyalara məruz qalan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən "Şərq" qəzetinin əməkdaşlarının da adları hallanmaqdadır. Əbəs deyil ki, bir neçə gün öncə Jurnalistləri Müdafiə Komitəsi bəyanat yayaraq Tehran rejiminin onlarla jurnalisi peşə fəaliyyətinə görə həbs etməsini pisləyib.

Jurnalistlərin Müdafiəsi Komitəsi illik hesabatında bildirib ki, İran jurnalistlərin ən çox həbs olunduğu ölkələr siyahısında birinci yeri tutur.
Qeyd edək ki, İrandakı etirazlar səngimir və ölkənin demək olar ki, bütün bölgələrində azadlıq, sosial bərabərlik, qadın azadlıqları və s. tələblər kontekstlərində şüarlar səsləndirilir, teokratik rejimin idarəçiliyinə qarşı çxışlar artır. Artıq dünyanın bir sıra aparıcı analitik mərkəzləri də belə bir proqnozlarla çıxış edirlər ki, İranın idarəçilik mexanizmi laxlamağa başlayıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB