Vaxt daralır, çıxış yolu yoxdur!
Ermənistanın baş naziri Nikol Paşinyanın regionda sülhün təmin olunması, dhaa dəqiq desək, yeni regional situasiyanın yaradılması prosesinə əngəl yaratmaq cəhdləri davam edir və əslində həmin davamiyyət bir daha sübut edir ki, erməni baş nazirinin qudurğanlıq sindromuna qarşı vaksinasiya olunması tələbi get-gedə daha da artmaqdadır. Əks halda onun mövcud və bəlli vəziyyəti daha da mürəkkəbləşdirməsi qaçılmaz görünməkdədir...
Beləliklə, o bəyan edib ki, sən demə Azərbaycan Laçın yolunun “blokadaya” (dırnaqlar bizimdir) alınması fonundakı beynəlxalq reaksiyaya əhəmiyyət vermir. Paşinyan bildirib ki, onlar, yəni erməni hakimiyyəti beynəlxalq ictimaiyyətdən, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasından, Qarabağdakı RF sülhməramlı kontingentindən predmetli addımlar gözləyirlər və s.
“Dağlıq Qarabağın” (dırnaqlar bizimdir) blokadasının əsas səbəbi Qarabağ ermənilərinin öz vətənlərində yaşamağa davam etmələridir”, deyə sərsəmləməyə davam edən Ermənistanın baş naziri bir az da irəliyə gedərək tələb edib ki, Laçın yolunda “faktların” toplanması üçün regiona beynəlxalq missiya göndərilməlidir. Paşinyan bir daha iddia edib ki, erməni tərəfi üçtərəfli bəyanata və Praqa razılaşmalarına “sadiqdir”...
Beləliklə, Nikol Paşinyanın bu kimi sərsəmləmələri bir daha sübut edir ki, o hələ də Azərbaycana qarşı ərazi iddialarını davam etdirmək niyyətindədir və bunu bir sıra digər amillərlə isbatlamaq olar. Ona görə də keçək əsas mətləbə.
Ya mövcud vəziyyətlə barışın, ya da əlinizə silah götürüb situasiyanı həll etməyə cəhd göstərin, əlbəttə ki, buna da cürətiniz çatarsa!
Birincisi, artıq dəfələrlə vurğulanıb ki, heç kim dünyada ermənilərə nəyi isə boyun olmalı deyil, heç borclu da deyil! Və əgər sizi nə isə qane etmirsə, öz probleminizi özünüz həll etməlisiniz, başqaları sizin problemlərinizi həll etməyəcək. Ya mövcud vəziyyətlə barışın, ya da əlinizə silah götürüb situasiyanı həll etməyə cəhd göstərin, əlbəttə ki, buna da cürətiniz çatarsa!
Qaldı ki, üçüncü tərəflərə müraciət edib probleminizi həll etməyə çağırış səsləndirməyiniz perspektivsizdir, üstəlik alçalma faktıdır. Bu gün qlobal olayların yaşadığı dünyada hər kəs özünə görə cavabdehdir. Ona görə də Paşinyan anlamağa məhkumdur ki, onun təmsil olunduğu millət nə qədər iddia etsə də ki, “ dünyanın ilk xristianlarıdırlar”, yaxud “dünya nə icad olunubsa onların hamısı ermənilər tərəfindən yaradılıb” və s – bütün bunlar bəşər qarşısında xüsusi əhəmiyyətli millət olmaq anlamını daşıya bilməz. Bəli, bəzi dövlətlər uzağı “bəyanatlar”, “narahatlıqlar”, “qayğınalnamalar”, “çağırışlar” edə bilərlər və bununla da hər şey bitir və həmin dövlətlər əsla ermənilərin yerinə döyüşməyə əsla razılıq verməyəcəklər.
Dünyada elə bir güc, qüvvə yoxdur ki, Azərbaycanı nəyəsə məcbur etsin!
İkincisi, əgər Qarabağdakı ermənilər “ac qalıblarsa”, onda bircə dəfə dərindən düşünsünlər və özlərinə sual etsnlər ki, axı onlar kimdirlər? Əgər onlar Azərbaycan vətəndaşlarıdırlarsa söz yox ki, Azərbaycan dövləti onları doyuzduracaq. Yox, əgər Azərbaycan vətəndaşı deyillərsə, onda qapı açıqdır – Laçın yolu üzərindən Gorusa keçə və vətənləri hesab etdikləri Ermənistanda istədikləri qədər qarınlarına qulluq edə bilərlər!
Lakin Paşinyan qudurma sindromundan sağala bilmirsə, dünya qarşısında hay-həşir salıb yenidən “məzlum və əzabkeş erməni” görüntüsünü yaratmağa çalışırsa, bu vasitə ilə pərdə arxasından Azərbaycana qarşı ərazi iddialarını davam edirsə bu zaman bir həqiqəti anlamalıdır – dünyada elə bir güc, qüvvə yoxdur ki, Azərbaycanı nəyəsə məcbur etsin. Dünyanın heç bir qüvvəsi Azərbaycana fikir yürüdə bilməz ki, onun ərazisində yaşayan, lakin qanunlarını, Ana Ysasını qəbul etməyən, üstəlik silahlı olan, habelə təbii resurslarını çapıb-talayan ünsürlər öz arzularını reallaşdırmağa davam etdirsinlər. Sadəcə elə bir qüvvə yoxdur, varsa, buyursun önə çıxsın!
Rövşən RƏSULOV
P.S. Vaxt daralır, çıxış yolu isə yoxdur...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB