Rusiya mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2022-ci ilin ən uğurlu siyasətçisi seçib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, onun seçilməsinə səbəb Rusiya-Ukrayna müharibəsində vasitəçilik roludur.
Rusiyanın aparıcı qəzetlərindən biri olan “Kommersant” Türkiyə Prezidentini əvəzolunmaz adlandırıb:
“Ərdoğan 2022-ci ildə dünyanın ən uğurlu siyasətçisi adlandırıla bilər, çünki o, xüsusi hərbi əməliyyat başlayandan bəri münaqişə tərəfləri arasında demək olar ki, mübahisəsiz vasitəçi statusunu qoruyub saxlayıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB