"Dəhlizin açılmasında Azərbaycanla yanaşı Rusiya da maraqlıdır" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
"Burada məsələyə yanaşma biraz fərqli olmalıdır. Mən hesab edirəm ki, biz bu məsələyə iki istiqamətdə yanaşmalıyıq". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, müəyyənləşdirməliyik ki, Qarabağın dağlıq hissəsinə azərbaycanlı mütəxəssislər niyə buraxılmır. Məsələ burasındadır ki, ermənilər bu ərazidən hərbi məqsədlər üçün istifadə edirlər. Rusiya sülhməramlıların fəaliyyəti ümumilikdə yaxşı icra etmirlər. Bununda timsalında artıq 20 gündən də çox davam edən bizim aksiyamız, ekofəallar orada aksiyalarını davam etdirirlər. Onlar tələb edirlər ki, Azərbaycan hökümətinin nümayəndələri və mütəxəssisləri ərazidə baxış keçirsinlər. Rusiya sülhməramlılarının buna imkan verməməsinin səbəbi də hesab edirəm ki, o qarşıdurmanın qarşısını almaqdır. Amma bir məqamı diqqətdən yayındırmayaq. Biz yaxşı bilirik ki, Ermənistanın hökümətində də Rusiyanın Ermənistana münasibəti bu məsələlərdə birmənalı deyil. Onlar düşünürlər ki, Rusiya hərbi kontingenti Azərbaycanın maraqlarını qorumaqla məşğuldurlar. Bunu da belə əsaslandırırlar ki, kiçik aksiyanı bəhanə edərək Rusiya faktiki olaraq Qarabağdakı erməniləri blokadada saxlayır. Biz yaxşı bilirik ki, orada azərbaycanlılar yolu bağlamayıblar. Bu yol hamıya da bəlli olduğu kimi ruslar tərəfindən bağlanılıb. Bunun da əsas səbəblərindən biri Zəngəzur dəhlizi ilə bağlıdır.
Analiz etdikdə görərik ki, Zəngəzur dəhlizinin açılmasında Azərbaycanla yanaşı Rusiya da olduqca maraqlıdır. Rusiyanın da burada çox ciddi maraqları var. Bu maraq Rusiyanın çox ciddi iqtisadi blokadadan çıxmasında Zəngəzur yolunun əhəmiyyətindən gedir. Məsələyə biraz qlobal yanaşdıqda görərik ki, Rusiya sülhməramlılarının fəaliyyəti hardasa Azərbaycanın maraqlarına xidmət edir. Söhbət ermənilərin yolunun bağlanması və yalnız humanitar məqsədlər üçün istifadə edilməsindən gedir. Ümid edirik ki, tez bir zamanda bu məsələ həlli yolunu tapar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB