"Müharibədən keçən iki il ərzində daha böyük hərbi potensiala malik olduq" - PREZİDENT

"Müharibədən keçən iki il ərzində daha böyük hərbi potensiala malik olduq" - PREZİDENT

"Dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rolu Heydər Əliyev Fondu oynayır". SİA xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.

Ermənilərin işğal dövründə 67 məsciddən 65-ni tamamilə yerlə-yeksan etdiklərini vurğulayan dövlətimizin başçısı deyib: “Onların bərpası, yenidən qurulması faktiki olaraq artıq başlamışdır və təmirə ehtiyacı olan məscidlər də təmir edilir. Onu da bildirməliyəm, bizim dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rolu Heydər Əliyev Fondu oynayır. Faktiki olaraq bütün məscidlər Heydər Əliyev Fondunun xətti ilə yenidən inşa edilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə