"Zelenskinin müharibə çağırış etməsi normaldır" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Zelenskinin müharibə çağırış etməsi normaldır" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Ukrayna prezidenti Volodimir Zelenskinin xalqını, vətəndaşlarını müharibəyə çağırış etməsi normaldır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, əslində müharibə dedikdə, Rusiya hərbi birləşmələri, Rusiya ordusu Ukrayna ərazisinə daxil olaraq orada hərbi əməliyyatlar keçirir. Bəzi əraziləri öz nəzarəti altında saxlamağa davam edir. Bu baxımdan Ukrayna rəhbərliyinin belə bir çağırış etməsi normal bir haldır. Əlbəttə ki, burada bir neçə nüans meydana çıxır. Birinci o deməkdir ki, artıq Ukrayna rəsmi və həm də çağırış etməklə səfərbərlik prosesini davam etdirir. Volodimir Zelenski Ukraynanı bütünlüklə müharibəyə səfərbər etmək istəyir. Həmçinin bu artıq hərbi qulluqçuların çatışmamazlığı ilə də bağlıdır. Etiraf etmək lazımdır ki, Ukraynanın əhalisi ilə Rusiyanın əhalisi bir deyil. Çağırışçılarda onunla müqayisədə olduqca azdır. Bu baxımdan ukrayna prezidentinin atdığı addım doğrudur.

Müharibənin bundan sonra iki mərhələdə olacağı gözlənilir. Birinci mərhələ hərbi əməliyyatların davam etməsi və ikinci mərhələ isə atəşkəsin imzalanmasıdır. Təbii ki, atəşkəsin imzalanması ilə bağlı heç bir şərtlər yoxdur. Amma müharibənin davam edəcəyinə dair şübhədə yoxdur. Üçüncü mərhələ isə atəşkəsdən sonra tərəflər arasında danışıqların başlanması və sülh müqaviləsinin imzalanması üçün zəruri addımların atılmasıdır. Bu baxımdan hazırda vəziyyət qənaətbəxş deyil və düşünürəm ki, müharibə 2023-cü ildə də davam edəcək. Ən azı müharibə iki mərhələdə davam edəcək. Həm atəşkəs imzalanarsa belə təxribatlar, kiçik lokal atışmalarla müharibə davam edəcək. Həm də müharibə diplomatik formada da davam etdiriləcək. Artıq mövcud vəziyyət bizə onu deməyə əsas verir ki, Rusiya Ukraynanı ələ keçirtmək və qərbi ukraynaya buraxmamaq üçün bütün mümkün imkanlar səfərbər edib".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə