“Dekabrın 12-dən başlayaraq Laçın yolunda humanitar məqsədlər istisna olmaqla Azərbaycan ekofəallarının etiraz aksiyası keçirməsi Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşıdır. Düşünürəm ki, etirazlar davam etməlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, monitorinq qrupu gedib yataqlarda araşdırma aparmalı, ora nəzarətimiz bərpa olunmalıdır: “Xüsusilə Laçın yolunda ekoloji postun yaradılması mütləq xarakter daşıyır.
Yalnız şirkətin fəaliyyətini dayandırması ilə kifayətlənib, etiraz aksiyalarını dayandıra bilmərik”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB