Milli Məclisin payız sessiyası üçün sonuncu plenar iclasının tarixi açıqlanıb

Milli Məclisin payız sessiyası üçün sonuncu plenar iclasının tarixi açıqlanıb

Milli Məclisin (MM) payız sessiyası üçün sonuncu plenar iclası dekabrın 30-da keçiriləcək.

SİA xəbər verir ki, bunu spiker Sahibə Qafarova parlamentin dekabrın 27-də keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, iclasın gündəliyi yaxın müddətdə açıqlanacaq.

Həmin gün deputatlar tətilə çıxacaq. MM üzvləri tətildən yanvarın 15-də qayıdacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə