"Qarabağ işğalda olanda, biz hamımız Qarabağlıydıq" - MUSA QULİYEV

"Qarabağ işğalda olanda, biz hamımız Qarabağlıydıq" - MUSA QULİYEV

“Cənab Prezident İlham Əliyevin öz doğum günündə Qərbi Azərbaycan İcması binasının açılışını etməsi, ziyalılarla görüşü və oradakı çıxışı yeni mücadiləmizin anonsudur”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, hər birimiz əlimizi daşın altına qoymalıyıq: “Təklif edirəm ki, qanunvericlik planında öz işlərimizi görməliyik. Mən hesab edirəm ki, Qarabağ işğalda olanda, biz hamımız Qarabağlıydıq. İndi isə özünü azərbaycanlı sayan hər kəs özünü Qərbi Azərbaycanlı hesab etməlidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə