İrəvanda Ermənistan-İran qardaşlığını sübut edən növbəti konfrans FAKT
Regiona yaranan növbəti təhlükə mənbəyi
İrəvanda “Əsrlərin tarixi-mədəni bağı Ermənistan-İran dostluğunun təminatçısıdır” adlı konfrans keçirilib. SİA-ya daxil olan məlumata görə, bu barədə “news.am” saytı xəbər verib. Belə ki, İrəvanın “Matenadaran” adlı “qədim erməni əlyazmaları muzeyində” keçirilən konfransda yalnız tarixin saxtalaşdırılması deyil, həm də türkofobiya xarakterli çıxışlar, habelə ərazi iddiaları da yer alıb. Bu amil də sübut edir ki, Ermənistan-İran qardaşlığı bütövlükdə regiona ciddi təhdidlər verməkdədir.
Əbəs deyil ki, sözügedən tədbirə qatılan İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri 30 il ərzində erməni vandallarının Qarabağı yağmaladığını və müsəlman azərbaycanlılara qarşı Xocalı soyqırımını törətdiyini görməzdən gələrək, iranlıların və ermənilərin Ermənistanda “tolerantlığın təzahürü” kimi qiymətləndirib və İrəvandakı Göy məscidin önəmini və müsəlmanların dini mərasimlərini keçirmək azadlığını nümayiş etdirə bilməsindən məmnunluğunu ifadə edib. Halbuki, bu məscidin tarixən Azərbaycan xalqına məxsus olduğunu isbatlayan müxtəlif səhih mənbələr mövcuddur. Hətta bu faktı elə erməni alimlərinin özləri də etiraf edirlər.
Azərbaycan məscidlərinin təhqirlərə məruz qalmasına susan İran rəsmiləri bu gün İrandakı erməni kilsələrinə necə xidmət və təzim etdiklərini də utanmadan etiraf edirlər
Yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan torpaqlarının erməni işğalı altında qaldığı dövrlərdə müsəlman məscidlərinin donuzxanalara, mal tövlələrinə çevrildiyi bir zamanda ağızlarına su alıb susan dırnaqrarası müsəlman İran rəsmiləri bu gün İrandakı erməni kilsələrinə necə xidmət və təzim etdiklərini də utanmadan etiraf edirlər. Görünür, ona görə İrandakı erməni kilsələrinin əhəmiyyətini "nümunəvi" adandıran səfir onun siyasi və mənəvi dəyərinin dərk edilməsinin vacibliyini vurğulayıb. İranlı diplomat habelə iki qardaş xalqın – ermənilərin və farsların qarşılıqlı mədəni əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi barədə də danışıb.
İran adlandırılan saxtakar rejim idarəçiliyində Azərbaycan dilində təhsilin alınmasına qoyulan qadağalardan tutmuş digər məsələlərə qədər təhdidlər, repressiyalar və s. vəhşiliklər nəinki səngimir, əksinə artmaqda davam edir
Tədbir çərçivəsində Ermənistanda fars dilinin, İranda isə erməni dilinin öyrənilməsi və hər iki ölkənin ziyalılar arasında əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib ki, bu məsələ də ayrılıqda diqqət çəkir. Çünki İran adlandırılan saxtakar rejim idarəçiliyində Azərbaycan dilində təhsilin alınmasına qoyulan qadağalardan tutmuş digər məsələlərə qədər təhdidlər, repressiyalar və s. vəhşiliklər nəinki səngimir, əksinə artmaqda davam edir. Bütün bunlar isə bir daha Ermənistan-İran cütlüyünün regional cəhətdən nə qədər təhlükə mənbələri oduğunu kifayət qədər nümayiş etdirməkdədir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB