Azərbaycan dövlətinin müstəqillik tarixinin 19 ildən artıq bir dövrü Prezident İlham Əliyevin rəhbərliyi ilə bağlıdır. Ötən dövrdə Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin dünyada olduğu kimi islam coğrafiyasında da mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın islam dünyasında müttəfiqlərinin və dostlarının sayını artırıb. Azərbaycanın regionda və dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrində və onların fəaliyyətində fəal iştirakında əsas amillərdəndir.Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın 1991-ci ilin dekabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv olması, Azərbaycana İƏT və ona üzv dövlətlərin ardıcıl dəstəyini qazandırdı. İlk vaxtlarda İƏT Baş katibliyi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı respublikamızın mövqeyini dəstəkləyən bəyanatlar verdiyi halda, sonrakı mərhələdə Ermənistan-Azərbaycan münaqişəsi haqqında artıq daha kəsərli qətnamələr qəbul edildi. Bu qətnamələrdə Ermənistan-Azərbaycan münaqişəsi birmənalı şəkildə Ermənistanın Azərbaycan Respublikasına qarşı işğalı kimi qiymətləndirildi.İƏT dövlət və hökumət başçılarının Zirvə görüşlərində qəbul edilmiş qətnamələr də, Azərbaycanın mövqeyinin dünya birliyinə çatdırılmasında mühüm rol oynamışdır.Bu gün Azərbaycan Respublikası İƏT-in ən aktiv və nüfuzlu üzvlərindən biridir. Azərbaycan son illərdə İƏT-in bir neçə konfransına ev sahibliyi etmişdir. İƏT islam dünyası ilə sivilizasiyalararası dialoqda iştirak edən Avropa təşkilatları arasında mədəni körpü rolunu tamamilə Bakıya etibar etdiyini bildirmişdir. Azərbaycanı İƏT-in üzvü olan ölkələri ilə təkcə milli-mənəvi dəyərlər deyil, beynəlxalq siyasi arenada birgə fəaliyyət də bağlayır. Bu məsələdə Azərbaycanın siyasi aləmdə qazandığı imic və tutduğu mövqe xüsusi rol oynayır.2017-ci ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi - IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. Bu Oyunlar böyük idman və ictimai əhəmiyyətlə yanaşı, həm də mühüm siyasi məna kəsb edirdi.İslam dünyasında münaqişələrin və ziddiyyətlərin hökm sürdüyü bir vaxtda Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına, onun birlik və həmrəylik ideyasına ciddi dəstək verməkdədir.
Akif Əliyev,
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB