“BMT Təhlükəsizlik Şurasının (TŞ) son iclasında Azərbaycanın suveren ərazisi olan və Şuşa ilə Laçını birləşdirən yolda baş verən hadisələr, eko-aktivistlərin keçirdiyi dinc etiraz aksiyası barədə aparılan müzakirələr, daimi və qeyri-daimi üzv ölkələrin məsələyə münasibəti qərəzlidir və ədalətsizdir. Həmçinin, Ermənistanın və ermənilərin yalanlarına şərik olmaqdan başqa bir şey deyil. Bir az da irəli gedərək deyə bilərik ki, BMT yönəlik, birtərəfli qərarları, ikili standartları ilə artıq bir qurum kimi nüfuzunu itirməkdədir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, münaqişə tərəfləri arasında ayrıseçkilik prinsipləri BMT üçün yad deyil: “Yadınızdadırsa, 1993-cü ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və işğalçı ordunun torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamə hələ də beynəlxalq qurumun arxivlərində ilişib qalıb. O hadisədən nə az, nə çox, düz 29 il keçir, amma BMT özünün qəbul etdiyi qətnamələrə hələ də hörmətsiz yanaşmaqda davam edir. Üstəlik də ötən işğal dövründə Azərbaycanla Ermənistanı, işğala məruz qalanla işğal edəni tərəzinin eyni gözünə qoyub, işğalçıya “gözün üstə qaşın var” deməyib, əvəzində Azərbaycana torpaqlarını azad etmək fürsəti verməyib. Təmas xəttində hər dəfə vəziyyət gərginləşən kimi, “məsələ yalnız sülh yolu ilə həll oluna bilər” mesajını verib. 27 il Ermənistanın işğalına susqunluğu ilə, dişsizliyi ilə haqq qazandırıb. 2020-ci ildə isə Azərbaycan bir neçə xəbərdarlıqdan sonra münaqişənin yalnız sülh yolu ilə deyil, həm də hərbi yolla həll edilə biləcəyini 44 günlük müharibə ilə sübut etdi. Müharibə bitəndən sonra Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın statusunun “gorbagor” olduğunu dəfələrlə bəyan etdi və Azərbaycanın ərazisində ikinci erməni dövlətinin yaranmasına əsla izn verilməyəcəyini bütün tribunalardan söylədi. Bu gün Qarabağda erməni əsilli sakinlər yaşayır və eyni zamanda həmin ərazilərdə Rusiya sülhməramlılarının çətiri altına sığınaraq sadə erməniləri girovluqda saxlayan separatçılar var. Onlar bu illər ərzində Azərbaycanın yeraltı sərvətlərini talamaqla özlərinə milyardlar qazandırıblar. Azərbaycanlı eko-aktivistlərin etiraz aksiyalarını keçirməkdə məqsədləri də bu qanunsuzluğu əngəlləməkdir, talamanı durdurmaqdır. BMT TŞ-də anti-azərbaycançıları ölkələrin Şuşa-Laçın yolunda hərəkətin bərpa olunması, “blokada”nın aradan qaldırılması ilə bağlı Azərbaycana təzyiq etməsi həvəsinə düşmələri riyakarlıq və ikiüzlülükdür. Bu prosesin başında dayanan da Fransadır, məhz rəsmi Parisin diktəsi ilə bəzi ölkələr həqiqəti deməkdən çəkindilər, anti-Azərbaycan qrupların qurduğu oyunun qurbanı oldular”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB