“Ermənilər ətraf mühitə ziyan vurulmasını dayandırmalıdır” - AÇIQLAMA

“Ermənilər ətraf mühitə ziyan vurulmasını dayandırmalıdır” - AÇIQLAMA

“Artıq 10-cu gündür ki, ekoaktivistlər, QHT nümayəndələri və ictimaiyyətin fəallarının Laçın yolunda keçirdiyi etiraz aksiyası davam edir. Təəssüf ki, hələ də aksiyaçıların tələbləri cavabsız qalmışdır. Amma fəallarımız tələblərə cavab tapılana qədər aksiyanın davam etdirilməsində israrlıdırlar”. Bunu millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, aksiyaçıların tələbləri heç də Qarabağda yaşayan erməniləri humanitar problemlərlə üzləşdirmək deyil: “Əksinə humanitar problemlərinin həllinə çağırış, mineral resurslarımızın talan edilməsinə və ətraf mühitə ziyan vurulmasının dayandırılması və müvafiq dövlət orqanlarının yerində monitorinqin keçirilməsinə şərait yaradılması ilə bağlıdır. Aksiyaçıların tələbləri suverən ərazilərimizdə dövlət orqanlarının nümayəndələrinin hərəkətinə şərait yaradılması ilə bağlıdır. Qarabağda yaşayan ermənilər separatçıların girovuluğundadırlar. Orda yaşayan dinc erməniləri vətəndaşlarımız hesab edirik və onlar separatçıların girovluğundan azad olunmalıdırlar. Müharibənin başa çatmasından iki ildən çox vaxt keçmişdir. Bu iki ildə işğaldan azad olunmuş ərazilərdə yenidən qurma və bərpa işləri aparılır. Qarabağın sülhməramlıların məsuliyyət zonasında olan ərazilərdə də etimad mühitinin yaradılması və azərbaycanlıların Xankəndinə və digər ərazilərə qayıtmağın zamanı gəlib çatmışdır. Hesab edirəm ki, Laçın yolunda aksiyalara davam etdirməklə lazımı məqsədlərə nail olacağıq. Əgər etirazlarımıza cavab verilməzsə Rusiyanın sülhməramlı missiyasından imtina edəcəyik və öz gücümüzlə həll olunmalı digər məsələləri yoluna qoyacağıq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə