Böyük Qayıdışa dair I Dövlət Proqramı siyasi iradənin daha bir nümunəsidir
Memarı ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycanın xarici siyasət istiqamətləri və prioritetləri sırasında Avropa ilə Asiyanın qovşağında yerləşən ölkələr ilə münasibətlər həmişə xüsusi yer tutub. Azərbaycanın özü də bu bölgə ölkələri sırasına daxil olduğundan onun həm daxili, həm də xarici vəziyyəti daim bu regionda baş verən hadisələrdən, region dövlətləri arasındakı münasibətlərdən, onların üst-üstə düşən və kəsişən maraqlarından, eyni zamanda dünyanın aparıcı dövlətlərinin bu subregionda həyata keçirdiyi transmilli siyasətdən asılı olaraq dəyişmişdir.
Qeyd edək ki, bu gün müxtəlif sahələr üzrə əldə olunan uğurların əsasını ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, ölkə prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində doğma torpaqlarımızı düşmən tapdağından azad etməsi və bundan doğan regionda yeni reallıqların yaranmasıdır.
Azərbaycan Vətən müharibəsində tarixi Zəfərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, davamlı peşəkar siyasəti, qətiyyəti nəticəsində və qəhrəman ordumuzun şücaəti sayəsində nail oldu. Bu, müstəqil Azərbaycan tarixinin ən parlaq dövrlərindən biridir və Cənab Prezident İlham Əliyevin adı ilə bağlı olan möhtəşəm tarixi zəfərdir. Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. 44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş quruculuq işlərinə başlanmış, qısa müddət ərzində Füzuli və Zəngilanda beynəlxalq hava limanları açılmış, yüksək standartlara cavab verən “Zəfər yolu”nun, tunellərin çəkilmiş, şəhərlərin, rayon mərkəzlərinin baş planları təsdiqlənmiş, Ağalı kəndinin sakinlərinin öz dədə-baba yurdlarına köçürülmüş, habelə, sosial obyektlərin istifadəyə verilərək sənaye parklarının salınmışdır. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinin növbəti təsdiqi olaraq 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”da öz əksini tapmışdır.
Sənəddə göstərilir ki, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.
Bu müddət ərzində həm də işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək. İqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək. Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modelləri yaradılacaq. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək. Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl enerji zonası” konsepsiyası tətbiq ediləcək. Nəticədə, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq.
Diqqətə çatdıraq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamıdır, strateji hədəflərə çatmaq üçün, eləcə də bundan sonra həyata keçiriləcək tədbirlərin mükəmməl yol xəritəsidir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.
Ölkəmizdə bir çox dövlət proqramlarının uğurla icra olunması fonunda Böyük Qayıdışa dair I Dövlət Proqramının da Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə həyata keçirilir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan özünün ən parlaq inkişaf dövrünü yaşayır, illər əvvəl xəyal kimi görünən arzularımız ardıcıllıqla həqiqətə çevrilir. Torpaqlarımızın işğaldan azad edilməsi ilə qədəm qoyduğumuz yeni inkişaf mərhələsi bu gün özünün çoxşaxəli tərəfləri ilə daha təminatlı gələcəyə körpü yaradır. Dünyada ikinci bir ölkə göstərmək mümkün deyil ki, 30 il işğal altında olan torpaqlarını xalq-iqtidar birliyindən güc alaraq müharibə yolu ilə azad edib dərhal həmin ərazilərdə böyük bərpa-quruculuq işləri aparsın. Azərbaycan Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ağır vəzifənin öhdəsindən layiqincə gələ bildi. Məhz bu ulu öndər Heydər Əliyevin görmək istədiyi müstəqil və güclü Azərbaycandır.
Vasif Nəbiyev
YAP Yasamal rayon təşkilatının məsləhətçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB