PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan ilə Avropa arasında növbəti bir enerji körpüsünü qurmaqdayıq”
Bu gün Azərbaycanını coğrafi yerləşməsi elədir ki, ölkəmiz Şərqlə Qərb arasında təbii körpü rolunu oynayır. Müstəqillik dövründə, xüsusilə də son 19 ildə Prezident İlham Əliyevin təşəbüsü ilə Azərbaycanın böyük həcmlərdə investisiya qoyuluşu hesabına yaratmağa nail olduğu müasir yol-nəqliyyat infrastrukturu respublikamızın Şərqlə Qərb arasında tranzit daşımaları üçün önəmini əhəmiyyətli dərəcədə artırıb. Hazırda ölkəmiz Avrasiyada çox mühüm nəqliyyat-logistika habı qismində çıxış edir.Bir sözlə, həyata keçirilən uğurlu enerji siyasəti Azərbaycanın etibarlı tərəfdaş olduğunu ortaya qoyur. Son zamanlar baş verən hadisələr onu deməyə əsas verir ki, Avropanın enerji siyasətində ən mühüm məsələ etibarlı tərəfdaşın olmasıdır. Hazırda Avropanın etibar etdiyi və enerji böhranında Azərbaycana verdiyi dəyər həyata keçirilən uğurlu siyasətlə bağlıdır. Müstəqilliyimizin ilk illərində Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra beynəlxalq layihələrin reallaşdırılması və bu layihələrin şaxələndirilməsində perspektivə hesablanmış addımlar idi. Elə bu günlərdə – dekabrın 17-də Rumıniyanını paytaxtı Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması da bir daha deyilənlərin göstəricisidir. Dövlətimizin başçısı Sazişin imzalanma mərasimində də qeyd edib ki, bu sənəd yaşıl enerji sahəsində təhlükəsizliyinin yaradılması üçün olduqca mühüm sazişdir. Azərbaycanın enerji coğrafiyasını o qədər böyüdür ki, Avropanın da enerji təhlükəsizliyində pay sahiblərindən birinə çevrilmək istiqamətində irəliləyir. Həmçinin, Azərbaycan inanılmış tərəfdaş kimi ən strateji müqavilələrdə özünü təsdiqləyib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Azərbaycan Avropaya digər enerji körpüsünü salmağa başlayır. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır.
BİZ BU GÜN AZƏRBAYCAN İLƏ AVROPA ARASINDA NÖVBƏTİ BİR ENERJİ KÖRPÜSÜNÜ QURMAQDAYIQ
Bəli, bu gün Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində iştirakı günü-gündən artmaqdadır. Xüsusilə də, Azərbaycan işğaldan azad olunmuş ərazilərin iqtisadi və sosial inkişafını beynəlxalq layihələr çərçivəsində uğurla həyata keçirməkdədir. Bu istiqamətdə görülən işlər çərçivəsində xüsusi diqqət çəkən məqam işğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsidir. Bu prosesin beynəlxalq əlaqələr istiqamətində aparılması isə Azərbaycan hökumətinin prioritet məsələsidir. Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclas da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı keçirilən plenar iclasda çıxışı zamanı bildirib ki, biz bu gün Azərbaycan ilə Avropa arasında növbəti bir enerji körpüsünü qurmaqdayıq: «Bizim ölkəmiz elektrik enerjisinin Avropaya mühüm təchizatçısına çevrilməkdədir”, - deyən dövlətimizin başçısı Azərbaycanın bərpaolunan enerji sahəsində potensialının böyük olduğunu vurğulayıb.
YAŞIL ENERJİ İLƏ BAĞLI SAZİŞ AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNƏ BİZİM DAHA BİR TÖHFƏMİZ OLACAQ
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yaşıl enerji potensialının istehsalı və ixracı istiqamətində böyük layihələr icra olunur. Dövlətimizin başçısı “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib ki, yaşıl enerji ilə bağlı saziş avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə bizim daha bir töhfəmiz olacaq.Prezident İlham Əliyev onu da bildirib ki, bu sənəd yaşıl enerji təhlükəsizliyinin yaradılması üçün olduqca mühüm sazişdir: “Keçən il Azərbaycanın Avropa bazarlarına təbii qaz ixracı 8,2 milyard kubmetr, bu il isə 11,3 milyard kubmetr olub. Gələn il isə ən azı 11,6 milyard kubmetr qaz ixracı gözlənilir”.Gələn il Azərbaycandan təbii qazın ixracının ümumilikdə təxminən 24 milyard kubmetr olacağını vurğulayan dövlətimizin başçısı xatırladıb ki, bu rəqəm 2021-ci ildə 19 milyard kubmetr olub.
Belə ki, ölkəmizin yaşıl enerji potensialı quru ərazilərində 27 qiqavat, dənizdə isə 157 qiqavat dəyərləndirilir. Artıq qlobal şirkətlərlə bu enerji potensialının istehsal olunması istiqamətində layihələr imzalanır və reallaşdırılır. Beləliklə, 2027-ci ilə qədər 4 qiqavat külək və günəş enerjisi istehsal olunacaq. 2037-ci ildə isə əlavə 7 qiqavat yaşıl enerji gücü dövriyyəyə qoşulacaq. İstehsal olunacaq yaşıl enerjinin 80 faizinin ixrac edilməsi nəzərdə tutulur.“Dünən SOCAR və “Romgaz” Azərbaycandan Rumıniyaya qaz tədarükünə dair saziş imzaladı. Gələn il yanvarın 1-dən etibarən Azərbaycan Avropa bazarının qaz təchizatının coğrafiyasını daha da genişləndirəcək”,-deyən dövlət başçısı bağlanılın sazişin hər iki tərəf üçün mənfəətli olduğunu vurğulayıb: «Çünki Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsinə, Azərbaycanın isə özünün nəhəng enerji mənbələri üçün etibarlı bazara ehtiyacı var”.
AZƏRBAYCANDAN İXRACIN BİRİNCİ MƏRHƏLƏSİNDƏ ƏN AZI 3 QİQAVATLIQ ƏLAVƏ ÖTÜRMƏ GÜCÜ YARADILACAQ
“Azərbaycandan ixracın birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaq”,- deyən dövlət başçısı bildirib ki, təkcə bir qlobal enerji şirkətinin Azərbaycanda 10 qiqavatlıq yaşıl enerjinin istehsalına investisiya qoymağı planlaşdırır: “İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycandan ixracın birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaq”.
MƏQSƏDLƏRİMİZƏ NAİL OLMAQ ÜÇÜN SƏMƏRƏLİ SURƏTDƏ ÇALIŞMALIYIQ
“Məqsədlərimizə nail olmaq üçün səmərəli surətdə çalışmalıyıq. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya Avropa İttifaqı ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində bir komanda kimi işləməlidir”.Bu fikri Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib. Bir sözlə, Buxarest sazişi - dünyada enerji böhranının qarşısını almaq istiqamətində addımdır. Çünki bu gün Azərbaycan hər bir müqavilə, sazişə sadiqliyi və məsuliyyətli yanaşması ilə dünyada nümunəvi dövlətə çevrilib. Və bu Saziş tək Azərbaycan üçün yox, digər Avropa dövlətləri üçün də əhəmiyyətlidir. Hazırda dünyada yaşanan enerji böhranın qarşısını almaq istiqamətində atılan növbəti vacib addımlardan biridir. Və bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ərsəyə gətirdiyimiz beynəlxalq dəhlizlər bu gün ən səmərəli və vacib layihələrə çevrilir. Vaxtilə Cənub Qaz Dəhlizi layihəsinin çəkilməsini gündəmə gətirəndə, Avropa İttifaqı bu layihəyə şübhə ilə baxırdı. Amma bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizi alternativsiz yeganə ümid yerinə çevrilib.Bir sözlə, Prezident İlham Əliyevin iştirakı və təşəbbüsü ilə Buxarestdə imzalanmış bu yeni Saziş də böyük perspektivlər vəd edir və bu layihələr dostlarımızın sayını artırmaqla siyasi gücümüzə yeni güc əlavə edir, təhlükəsizliyimizin qarantına çevrilir, iqtisadi gücümüzü artırır, həm də dost ölkələrə böyük gəlirlər qazandırır. Dövlət başçımızın dediyi kimi: «Bu gün imzalanacaq yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin icrası Avropanın enerji təhlükəsizliyinə verəcəyimiz ümumi töhfə olacaqdır».
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB