“Ölkəmiz ittiham olunur” - POLİTOLOQ ŞƏRH ETDİ

“Ölkəmiz ittiham olunur” - POLİTOLOQ ŞƏRH ETDİ

“Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində keçirilən etiraz aksiyaları gündən-günə böyüyür, daha mütəşəkkil hal alır. Azərbaycan ictimaiyyətinin irəli sürdüyü haqlı tələblər yerinə yetirilməyincə aksiyalar dayandırılmayacaq. Azərbaycan öz ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşılmasını, təbbi sərvətlərinin talan edilməsinin dayandırılmasını tələb edir”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib.

Onun sözlərinə görə, hazırda Xankəndi, Xocalı və ətraf ərazilərdə yerləşən qanunsuz silahlı dəstələr və onlara havadarlıq edən cinayətkarlar Azərbaycanın ekologiyasını məhv edir, ölkəmizin qanunlarını heçə sayaraq cianyətkar əməllər törədir: “Bu əməllərin qarşısı dərhal və qeyd şərtsiz alınmalıdır. Bu işdə əsas məsuliyyət rusiyalı sülhməramlıların üzərinə düşür. Çünki, bölgənin təhlükəsziliyi və qanunun aliliyinin təmin edilməsi birbaşa olaraq sülhməramlıların mandatına aiddir. Amma əksər hallarda biz bunu görmürük. Hətta erməni terrorçularına dəstək elementləri müşahidə olunur. Bütün bunlar böyük təəssüf doğurur, Azərbaycan ictimaiyyətində narahatlıq yaradır. Odur ki, ekofəalların, cəmiyyətimizin ayrı-ayrı təbəqələrini təmsil edən insanların keçirdiyi etiraz aksiyaları daha da böyüməli, irəli sürülən tələblər yerinə yetirilməyincə geri addım atılmamaldır. Bir məqamı da vurğulamaq lazımdır ki, Ermənistanı himayə edən bəzi beynəlxalq dairələr Azərbaycan xalqının keçirdiyi bu dinc aksiya ətrafında müxtəlif manipulyasiyalar edirlər. Ölkəmiz ittiham olunur. Həmin qüvvələr anlamalıdır ki, etiraz aksiyaları Azərbaycanın suveren ərazilərində keçirilir. Digər tərəfdən, biz heç də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızı blokadada saxlamırıq. Azərbaycan dövləti bu ərazilərdə pozuculuqla məşğul olan cinayətkarların təmizlənməsini, qanunsuz əməllərin dayandırılmasını tələb edir. Bu isə haqqlı və düzgündür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə