"İşğaldan azad olunmuş torpaqlarımızda minaların təmizlənməsi hələdə aktualdır" -SİYASİ EKSPERT AYDINLIQ GƏTİRDİ
"Kəlbəcərdə Azərbaycan hərbçilərinin minaya düşməsi erməni terrorunun növbəti göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, bu gün Şuşada Azərbaycanlı fəallar və etirazçılar Ermənistandan məhz mina və ekoloji terrora son qoymağı tələb edirlər. Bizim hərbçilərin minaya düşməsi ondan xəbər verir ki, hələ də mina təhlükəsi işğaldan azad olunmuş bölgələrdə aktualdır. Ermənilərin orada basdırdıqları minalar bölgə üçün ciddi təhlükədir və Azərbaycan ictimaiyyəti və dövləti ona görə çalışır ki, Qarabağ zonasında qeyri-qanuni erməni hərbi birləşmələrinin mövcudluğunu dayandırsın. Bu məsələ öz həllini tapandan sonra artıq mina təhlükəsi ilə mübarizə asanlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB