"Azərbaycan Türkmənistan əlaqələri yeni müstəvidə irəliləyəcək" -POLİTOLOQ ŞƏRH ETDİ
"Azərbaycan Türkmənistan münasibətlərində bir sərinlik var idi. Amma bu hal cənab Prezident İlham Əliyevin dövründə iqtisadi maraqlar müstəvisində yenidən normala düşdü". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, əvvəlki Türkmənistan rəhbərliyinə Rusiya və İranın təsiri var idi. Xüsusi ilədə Xəzər hövzəsinin bölünməsi məsələsində müəyyən anlaşılmazlıq yaranmışdı Azərbaycanla Türkmənistan arasında. Lakin Ulu Öndər Heydər Əliyevin dövründə bu anlaşılmazlıqlar aradan qaldırıldı. Daha sonra isə İlham Əliyevin Prezidentliyi dövründə də Azərbaycan Türkmənistan əlaqələri daha yeni müstəvidə irəliləməyə başladı. Azərbaycan Türkmənistanla iqtisadi maraqları bir araya gətirə bildi. Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya çıxarılmasını Türkmənistan rəhbərliyinə inandıra bildi. Azərbaycan və Türkiyənin birgə fəallığı nəticəsində Türkmənistan Türk Dövlətləri Təşkilatına əvvəlcə məşvərətçi səslə qoşuldu, daha sonra isə bu təşkilatın daimi üzvudur. Türkmənistan qazının İran üzərindən daşınmasına çalışan molla rejimi siyasi cəhətdən iflasa uğradı. Çünki Türkmənistan tranzit dövlət kimi Azərbaycanı seçdi. Azərbaycan ərazisində hər bir infrastruktur var. Həm Heydər Əliyevin, həm də İlham Əliyevin böyüklüyü ondadır ki, Azərbaycanın suverenliyini əbədi etməkdən ötürü Azərbaycanı tranzit bir ölkəyə çevirdilər. Eyni zamanda başqa dövlətlərin iqtisadi maraqlarını təmin eləməklə Azərbaycanın milli maraqlarını təmin elədilər. Bu da növbəti bir həmin layihənin davamıdır. Nəzərə alsaq ki, Türkiyə dövlətinin artıq bölgənin əsas aparıcı bir dövlətidir. Türk dünyasının lideri olmaqla bərabər İslam dünyasınındaliderinə çevrilir. Burda Türkmənistanın Azərbaycanı və Türkiyəni seçməsi həm İranı yürütdüyü xarici siyasətə, həm də Rusiyanın yürütdüyü Azərbaycana qarşı siyasətinin cavabıdır.Bu hər iki dövlətəqarşı Türkmənistan siyasi demaşq elədi və Azərbaycanla Türkiyəni seçərək onlara çox ciddi bir zərbə endirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB