Regionda yeni reallıqlar yaranır- Türkmənistan Prezidenti

Regionda yeni reallıqlar yaranır- Türkmənistan Prezidenti

“Regionda yeni reallıqlar yaranır”.

SİA xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə deyib.

O bildirib ki, enerji və nəqliyyat sahədinə əməkdaşlıqla bağlı mühüm addımlar atılır: “Azərbaycan, Türkmənistan və Türkiyə bu istiqamətdə çoxtərəfli və koordinasiyalı addımlar atır. Nəqliyyat sahəsində əməkdaşlığın güclənməsinin lazım olduğunu düşünürük".

Prezidentin sözlərinə görə, Azərbaycan, Türkmənistan və Türkiyə bundan sonra da əməkdaşlığı davam etdirəcəklər.

Qeyd edək ki, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilir.

İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənın dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə