“Biz sülhü qorumaq üçün hər bir addımı atsaq da, ermənilər təxribatlarından əl çəkmirlər“ - POLİTOLOQ DANIŞDI

“Biz sülhü qorumaq üçün hər bir addımı atsaq da, ermənilər təxribatlarından əl çəkmirlər“ - POLİTOLOQ DANIŞDI

“Biz artıq bir neçə gün öncə Rusiya tərəfinə nota verdik. Notada Azərbaycanın müvafiq qurumlarının əməkdaşlarının və jurnalistlərinin Azərbaycan ərazisində olan və sülhməramlılar tərəfindən qorunan ərazilərə qeyd-şərtsiz daxil olmasının təmin olunması tələb olunub. Əvvəlki görüşlərdə də bu məsələlər razılaşdırılmışdı, amma təəssüf ki, sülhməramlıların dəstəyi ilə ermənilər böyük qarşıdurma yaratdılar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, onlar bizim bir çox qurumların əməkdaşlarının və jurnalistlərin ora getməsinin qarşısına sədd çəkdilər: “Bu da qarşıdurma halına gəlib, çatdı. Bizimkilərin geri qayıtmasından sonra isə, bu səbəblə Xarici İşlər Nazirliyi nota verdi.
İki gündür baş verən hadisələr də onu göstərir ki, Azərbaycan ekoloqları və vətəndaş cəmiyyətinin nümayəndələri Şuşa-Xankəndi yolunda etiraz aksiyaları keçirirlər. Burada əsas tələb XİN-nin verdiyi notada öz ərazimizdə olan mədənlərdə monitorinqlərin aparılması və ora jurnalistlərin buraxılması tələb olunur.
Ermənilər hər bir halda öz təxribatlarından əl çəkmirlər. O ərazilərdə olan ermənilər silahlanıblar və bu işdə onlara rusların böyük köməyi olub.
Biz sülhü qorumaq üçün hər bir addımı atsaq da, ermənilər təxribatlarından əl çəkmirlər. Buna görə də biz Azərbaycanın həmin ərazilərində antiterror əməliyyatları keçirməkdən başqa yolumuz qalmır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə