Nağdsız əməliyyatlara görə qaytarılan ƏDV artırılır

Nağdsız əməliyyatlara görə qaytarılan ƏDV artırılır. SİA xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

Dəyişikliyə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur. Dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə