Monitorinqlər zamanı ermənilərin mədəni abidələrimizi qəsdən dağıtdığı aşkarlanıb- Nazir

“Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı mədəni irsimizə də təsirsiz ötüşməyib. Monitorinqlər zamanı onların qəsdən dağıdıldığı, bir sıra tarixi abidələrin qəsdən dəyişdirildiyi aşkar edilib”.

SİA-nın xəbərinə görə, bunu mədəniyyət naziri Anar Kərimov UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda çıxışında deyib.

“411 tarix mədəniyyət abidəsinə baxış keçirilib. 864 mədəniyyət müəssisəsində monitorinq aparılıb” - nazir bildirib.

Onun sözlərinə görə, monitorinqlər zamanı onların qəsdən dağıdıldığı, bir sıra tarixi abidələrin qəsdən dəyişdirildiyi aşkar edilib: “Azad edilən ərazilərə səfər edən beynəlxalq təşkilatların nümayəndələri də bunların şahidi olublar”.

Bütün xəbərlər Facebook səhifəmizdə