“Milli maraqlar və xarici siyasət” - FOTOLAR

“Milli maraqlar və xarici siyasət” - FOTOLAR

YAP Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusunda gəclərlə keçirilən silsilə tədbirin növbəti qonağı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev olub. SİA-nın verdiyi xəbərə görə, tədbir ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev haqqında tədbir iştirakçılarına məlumat verib və bildirib ki, xalqın etimadını qazanmaqla tarixi şəxsiyyətə çevrilən Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, ölkəmizin regionda və beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət edir.

Vurğulayıb ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasi-diplomatik fəaliyyəti, Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlər, qəbul etdiyi strateji proqramlar, ulu öndər Heydər Əliyev siyasətinin və ideyalarının ardıcıl və dönməz şəkildə gerçəkləşdirilməsi xətti Azərbaycan xalqının xoşbəxt, firavan sabahına, müstəqilliyimizin əbədiliyinə inamını qat-qat artırıb. Bu fəaliyyət və siyasət xalq tərəfindən bəyənilir və dəstəklənir. Bütün bunların ən bariz nümunəsi heç şübhəsiz Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə və regionda yaranan reallıqlardır. Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, memarı ulu öndər Heydər Əliyev olan Azərbaycan müstəqillik illərindən başlayaraq bu günümüzədək özünü müstəqil dövlət kimi təsdiq edə bilib və ildən-ilə biz Cənab Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasətində əldə etdiyi nailiyyətləri görürük. Baxmayaraq ki, Azərbaycan kiçik bir ölkədir, lakin Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində hazırda bütün maraqların kəsişdiyi coğrafi məkana çevrilir. Azərbaycan Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarada bilib və bu, dünya dövlətləri tərəfindən də qəbul edilir.

Regionda daimi sülhün və təhlükəsizliyin təmin olunmasının vacibliyi qeyd edən F.Şəfiyev bildirib ki, region üçün ən əsas məsələ Cənubi Qafqazda sülh quruculuğu - etibarlı və dayanıqlı təhlükəsizlik mühiti, çoxtərəfli əməkdaşlıq şəraiti yaradılmasıdır. Xüsusi olaraq nəzərə alınır ki, 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi vəziyyəti dəyişdirən Azərbaycan bölgədə yeni nizam yaradır. Azərbaycan sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası, yeni əməkdaşlıq platformalarının yaradılması kimi istiqamətlərdə fəallıq nümayiş etdirməklə bölgədə yeni düzən formalaşdırır. Üstəlik, bu geosiyasi fəaliyyət təkcə Cənubi Qafqaz ölkələri deyil, həmçinin beynəlxalq aləmdəki güc mərkəzləri üçün strateji maraqlarını təmin etmək baxımından cəlbedici və faydalıdır. Tədbirdə gənclərin çoxsaylı sualları cavablandırılıb.

Sonda gənclərlə xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə