"İranın Ermənistana bəslədiyi doğmalıq münasibəti hamıya məlumdur" - POLİTOLOQ ŞƏRH ETDİ

"İran-Ermənistan münasibətləri təkcə onların arasında deyil bir çox dövlətlər arasında da hiss olunur". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev bildirib.

Onun sözlərinə görə, İranın Ermənistana bəslədiyi doğmalıq münasibəti hamıya məlumdur və İranın daxilində də hiss olunur: "Ölkə başçısının haqlı olaraq qeyd etdi ki, İranda bizim 35-40 milyon soydaşımız yaşasa da ana dilində yazmaq, oxumaq hüququndan məhrumdurlar. Amma İran daxilində yaşayan ermənilər üçün fars rejmi məktəb açıb, kafedralar yaradıb. Düşünürəm ki bunlar təbiidir. Çünki onların mayası eyni qabda yoğrulub. Onların aldıqları təlimat eyni dairələrdəndir. Onların hədəfləri və məqsədləri eynidir. Onlar türklərə nifrət bəsləyirlər. Xüsusilə də Azərbaycan və Türkiyə qardaşlığına nifrət edirlər. Bu əlaqələri pozmaq istəyirlər.

Terrorçu Monte Melkonyan Azərbaycan torpaqlarının işğalı zaman İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşü təəccüb doğurmamalıdır. Axı bunlar həm də terroru dəstəkləyən dövlətlərdir. Əgər bu gün İranın xüsusi xidmət orqanlarının əməkdaşları terrorçu dəstələrlə görüşürsə demək ki, onların arasında hər hansı bir əməkdaşlığı mövcuddur. Bu görüşün bir tərəfi açıqlansada digər tərəfi açıqlanmayıb. Düşünürəm ki, açıqlanmayan tərəfdə bəzi məsələləri gizlədirlər. İran və Ermənistan dövləti türk dünyasına zərbə vurmağı qarşılarına məqsəd qoyublar. Türkiyə ilə Azərbaycan aarasındakı işbirliyini pozmaq istəyirlər".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə