İran tərəfi Azərbaycan torpaqlarının işağalında Ermənistana yardım göstərib -POLİTOLOQ DANIŞDI
“Hazırda müşahidələrimiz onu göstərir ki, İranla Ermənistan arasında münasibətlər çox intensiv şəkildə inkişaf edir. Eyni zamanda Ermənistanın baş nazirinin İran prezidenti ilə görüşləri ardıcıl xarakter daşıyır. Digər tərəfdən Qafanda İranın konsulluğunun açılması və Təbrizdə Ermənistanın konsulluq açmaq niyyətləri onu nümayiş etdiri ki, diplomatik müstəvidə də əlaqələr qurulur və inkişaf edir. Eyni zamanda birinci Qarabağ müharibəsi zamanı ASALA-nın rəhbərlərindən biri terrorçu Monte Melkonyanın Azərbaycan torpalarının işğalı zamanı İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşü haqqında yayılan məlumatlar da onu nümayiş etdirir ki, İran tərəfi Azərbaycan torpaqlarının işağalında Ermənistana yardım göstərib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, Bu qonşuluq münasibətlərinə zidd bir yanaşmadır: “İranla Azərbaycan arasında olan münasibətlərə də hazırkı vəziyyətdə böyük zərbə vurur. Digər tərəfdən İran geosiyasi dəyişikliklər və qırmızı cizgilər haqqında geniş şəkildə danışır. Mraqlıdır ki, 30 illik işğal dövründə Azərbaycan ərazilərinin talan edilməsi, məscidlərdə inək, donuz saxlanılması, məscidlərimizin dağıdılması, dini və milli abidələrimizin yerlə-yeksan olunmasına İran tərəfi susqunluqla cavab verdi. Hazırda Vətən müharibəsindən sonra geosiyasi dəyişikliklər dedikdə Azərbaycan əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin açılmasına qarşı rəsmi Tehranın müqaviməti hiss olunur. Azərbaycan sərhədlərində Vətən müharibəsindən sonra iki dəfə hərbi təlimlərin keçirilməsi və siyasi, eləcə də dini məzmun daşıyan bir sıra açıqlamaların verilməsi yolverilməzdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB