Azərbaycan qonşularla dostluq münasibətlərinin qurulmasında maraqlıdır ŞƏRH
Prezident İlham Əliyevin 25 noyabr tarixində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda konfransda çıxışı mühüm mətləblərdən xəbər verir. Dövlət başçısı dərin məzmunlu çıxışında vurğulayıb ki, indi təhlükəsizlik məsələləri bəlkə də hər zaman olduğundan daha vacibdir.Dövlət başçısı bildirib: "Ümid edirəm ki, İran hökumətinin ermənipərəst hərəkətləri çox kövrək sülhə xələl gətirməyəcək. Hesab edirəm ki, azərbaycanlıların hisslərini və bizim maraqlarımızı nəzərə almağın zəruriliyi barədə daha çox anlayış nümayiş olunacaq. Bu vəziyyəti bizim yaratmadığımızı bildirmək üçün son bir məsələni də qeyd etmək istərdim. Mən İranın əvvəlki üç prezidenti ilə - Prezident Hatəmi, Prezident Əhmədinejad və Prezident Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində heç vaxt indiki vəziyyətimizə oxşar bir şey olmayıb. Heç vaxt Azərbaycana qarşı nifrət və təhdid dolu sözlər işlədilməyib, sərhədimizdə heç bir hərbi təlim keçirilməyib, ancaq bir neçə ay ərzində iki hərbi təlim keçirilib. Deməli, bu o deməkdir ki, bu vəziyyəti yaradan biz deyilik".
Bu gün Azərbaycan Respublikası istənilən regional irimiqyaslı layihələrin həyata keçirilməsində böyük rol oynayır.Hər bir dövlətin iqtisadi inkişaf proritetini, iqtisadi yüksəlişini müəyyənləşdirərkən xalqın arzu və istəklərini, cəmiyyətin iqtisadi gözləntilərini nəzərə almaq, real təminatlara əsaslanan iqtisadi siyasət yerinə yetirmək gərəklidir.Azərbaycanın qonşuları ilə, həmçinin coğrafi cəhətdən uzaq olan ölkələrlə yüksək səviyyəli dostluq münasibətlərinin saxlanması sadiq bir dövlət olması ilə bağlıdır. Həqiqətən də Cənubi Qafqaz regionunda mövcud mənzərəyə diqqət yetirdikdə bir daha aydın görünür ki, Azərbaycan Ermənistan istisna olmaqla, digər qonşuları ilə münasibətlərini daim inkişaf etdirir, onlarla qarşılıqlı əməkdaşlığını dərinləşdirir. Bu əməkdaşlıq həm Azərbaycana, həm də regionun digər ölkələrinə siyasi, iqtisadi, mədəni və digər sahələrdə mühüm dividendlər qazandırır. Yalnız Ermənistan həyata keçirdiyi işğalçılıq siyasəti üzündən regionda təcrid olunmuş bir vəziyyətdədir və hər keçən gün bu dövlətin bütün vacib sahələrdə, o cümlədən də sosial-iqtisadi sferada iflası daha böyük sürətlə gedir. Regiondakı bu durum öz növbəsində beynəlxalq təhlükəsizliyə xələl gətirir.Azərbaycan Respublikasının coğrafi mövqeyi, şərq ilə qərbin qovuşacağı məkanda yerləşməsi, Avropa və Asiya qitələrinin birləşdirməsi və bir-birləri ilə bağlılıq məsələlərində əhəmiyyətli dərəcədə rol oynamağa imkan verir.Avropa İttifaqı ilə əlaqələrimiz xarici siyasətimizin prioritetlərindən biridir. Avropa İttifaqı ölkəmizin mühüm tərəfdaşıdır. Azərbaycanın Ərəb Liqası Sammitində iştirakı dostluq və hörmət nümunəsidir. Ərəb Liqası nümayəndəliyinin Bakıda açılması ehtimalı da mövcuddur. İşğal dövründə və işğaldan azad edilmə zamanı Ərəb Liqasının üzvü olan ölkələr bizi dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən bir sıra qətnamələr qəbul etmişlər.
Azərbaycan və Türkiyə qardaş və dost ölkələrdir. Türkiyə ilə Azərbaycan arasında iş birliyi və onların birgə fəaliyyəti bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib. Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında rol oynayıb. Bu, həqiqətən də təhlükəsizliyi, sabitliyi gücləndirmək və iqtisadi faydaları artırmaq üçün əlavə imkanlar yaradır. Azərbaycan - Pakistan münasibətləri dostluq və qardaşlıq müstəvisində inkişaf edir. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizimlə olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. İsraildə səfirlik və Fələstində təmsilçilik ofisi açmaq qərarı ölkəmizin milli maraqlarına əsaslanır. Həmin qərar sülh işinə xidmət edəcək və bu, faktiki olaraq uzunmüddətli, mehriban əməkdaşlığın rəsmiləşdirilməsidir.Bu gün təhlükəsizlik məsələsi ən vəcib məsələdir. Güclü ordu, yaxın müttəfiqlər olduğu halda İran və Ermənistan dövlətləri regional təhlükəsizliyə əngəl ola bilməz. Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərin müzakirəsini Rusiya dövləti ilə aparır. Bu gün Azərbaycan diplomasiyasının uğuru nəticəsində dünyanın bir çox ölkələri ilə dostluq əlaqəsi qurulub.Azərbaycan bütün qonşularla sülh və dostluq münasibətlərinin qurulmasını istəyir. Azərbaycan həmişə öz ləyaqətini, müstəqilliyini, həyat tərzini müdafiə edəcək və heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcək.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB