YAP Yasamal rayon təşkilatında iclas keçirilib FOTOLAR

YAP Yasamal rayon təşkilatında iclas keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri ilə birgə gündəlikdə duran cari məsələlərin müzakirəsi ilə bağlı iclas keçirilib.İclasda çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev görülən işlər çərçivəsində ölkəmizin həyatında baş verən ictimai-siyasi proseslərdən, Yeni Azərbaycan Partiyasının qazandığı uğurlarından, partiyanın gündən-günə artan nüfuzundan söhbət açaraq bildirib ki, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. Çünki böyük ideyalarla zəngin olan YAP Azərbaycan dövlətçiliyinin və xalqının rifahı, xoşbəxt gələcəyi naminə çalışan və konkret konsepsiyaya malik siyasi təşkilatdır. Bu gün biz Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, partiyamızın sədri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla və xüsusilə də, qalib xalqın nümayəndələri kimi addımlayırıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində bizlərə qələbə bəxş etməsi və 30 ilə yaxın işğal altında olan torpaqlarımıza geri dönməyimiz, sözün əsl mənasında, bizlərə qürur və fəxarət hissi bəxş etdi. Çıxışına davam edən B.Nəbiyev əldə olunan dinamik uğurların kontekstində noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyinin Respublika səviyyəsində təntənəli surətdə qeyd olunmasına və Azərbaycan Respublikasının Prezidenti, Partiyamızın Sədri Cənab İlham Əliyevin tədbirdəki çıxışına diqqət çəkərək, 30 illik fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyasının ölkəmizin daxili və xarici siyasət platformasında əldə etdiyi nailiyyətlərdə aparıcı mövqeyə malik olmasını bildirib.Qeyd olunub ki, məhz bu istiqamətdə fəaliyyət mexanizminin əsası kimi, xüsusilə Yeni Azərbaycan Partiyasının, YAP Yasamal rayon təşkilatının sosial şəbəkə resurslarında hər bir kəs aktivlik nümayiş etdirməli və təbliğat, təşviqat prosesində yaxından iştirak etməlidir. Bundan əlavə, üzvlərin partiyanın ictimai-siyasi həyatında fəaliyyətlərinin gündən-günə daha da inkişaf etməsi kontekstində aktivliyinin artırılmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Sonra cari məsələrlə bağlı fikir mübadiləsi aparılıb.İclasda çıxış edən Mətbuat pr.37A (Yasamal rayon İcra Hakimiyyəti) ərazi partiya təşkilatının sədri Təravət Muradova, H.Cavid pr.115 ünvanlı ərazi partiya təşkilatının sədr müavini Orxan Salehli, B.Vahabzadə küç. 68 (AMEA İdarəetmə sistemləri İnstitutu) ünvanlı ərazi partiya təşkilatının sədri Zülal Cəbiyeva, H.Cavid pr.31 (AMEA Dilçilik İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sayalı Sadıqova və Z.Xəlilov küç.33 (BDU) ərazi partiya təşkilatının sədri Zahid Cəfərov çıxış edərək, gündəlikdə duran məsələlərin çox əhəmiyyətli olmasını vurğulayaraq, bu istiqamətdə fəal şəkildə aktivlik nümayiş etdirilməsinin vacibliyini bildiriblər.
Bu istiqamətdə fəal şəkildə aktivlik nümayiş etdirilməsinin vacibliyini bildiriblər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə